Yeni pandemiyaya səbəb ola biləcək 5 ölümcül virus – Alimlərdən XƏBƏRDARLIQ
26.05.2021 14:10

Alimlər indiyədək dünyanı qorxuya salan ən təhlükəli viruslarla bağlı mütəmadi olaraq geniş araşdırmalar aparırlar. Ekspertlər son illərdə narahatlıq doğuran 5 virus növünə daha çox diqqət çəkirlər.

 

Aztibb.az bir sıra ölümcül virusların təhlükəsi və yayılma riskləri ilə bağlı məlumatları bir araya gətirərərk təqdim edir:

 

MERS

 

2012-ci ildə dünyada yaxın şərq respirator sindromun törədicisi olan yeni koronavirus – MERS (MERS-CoV) aşkar olundu. Xəstəliyin ocağı ilk olaraq Ərəbistanda alovlandı.

 

Virus insandan-insana keçir, amma ehtimal olunur ki, insanlara daha çox dəvələrdən yoluxur və koronavirusun təbii rezervuarı dəvələr hesab edilir. Yoluxanların əksəriyyətində ağır respirator simptomlara – qızdırma, təngnəfəslik, öskürək və s. rast gəlinir. Hal-hazırda MERS-CoV təbiətdə sirkulyasiya edir və yeni xəstəliklər törədir.

 

Hantaviruslar


Hantaviruslar insana müxtəlif gəmiricilərdən yoluxur. Virusun adı Cənubi Koreyada xəstliklə bağlı ilk hadisələrin baş verdiyi Hantan çayından gəlir. Siçan nəcisi, tüpürcəyi ilə insanlara yoluxan hantaviruslar “Hantavirus Ağciyər Sindiromu” (HPS) adlı xəstəliyə yol açır. 

 

Erkən mərhələdə xəstəlik soyuqdəymə, əzələlərdə ağrı, burunda qanama əlamətləri, inkişaf dövründə isə yüksək temperatur və qanaxma ilə müşayiət olunur. Hətta vaxtında intensiv terapiya başlanmazsa təzyiq, ağciyər iltihabı, böyrək çatışmazlığı kimi nəticələrə səbəb olaraq, infeksiyadan ölüm riski yüksək olur.

 

Lassa mammarenavirus


Lassa virusu da digərləri kimi təhlükəli və ölümcüldür. Yoluxmuş adamların 80%-də xəstəlik zəif simptomlarla keçir, diş ətinin qanaması, tənəffüsün çətinləşməsi, qusma, sinədə ağrı, təzyiqin azalması kimi əlamətlərlə bilinir.

 

Xəstəlik ilk dəfə 1969-cu ildə Nigeriyanın Lassa şəhərində aşkar edilib. Təbii rezervuarı tropik Afrikanın kənd yerlərində bağ və bostanlara yaxın ərazilərdə məskunlaşan gəmirici siçovullardır. Lassa mammarenavirusa bir insan gəmirici nəcisilə çirklənmiş qida və ya əşyalarla təmasda olarkən yoluxa bilər.

 

Nipax virusu

 

Nipax virusu ilk dəfə 1999-cu ildə Malayziyada və Sinqapurda donuzlarla təmasda olan insanlarda aşkar edilib. Nipax virusu beyində güclü şişin yaranmasına, qıcolmaya və qusmaya səbəb olur. Xəstəlik sürətlə komaya gətirib çıxarır.

 

Banqladeş və Hindistanın sıx məskunlaşma ərazilərində geniş yayılan bu virusa insanlar üzərində yarasaların tüpürcəyinin olduğu meyvələr vasitəsilə yoluxur. Yoluxmadan sonra ölüm sayı 90% təşkil edir. Bu halda onun dərman və peyvəndi yoxdur. Virusun dəyişmiş xüsusiyyətli ştamları daha təhlükəlidir.

 

Quduzluq virusu


Quduz virusu xəstə heyvanların tüpürcək və sinir toxumalarında olur. Bu  virusa insanlar quduz heyvanların dişləməsindən sonra yoluxur. Xəstəliyin əlamətləri beynin və beyin qişalarının iltihabı ilə bağlıdır, oyanıqlıq, yuxusuzluq, paranoya, sayıqlama və ifliclə müşayiət olunur.

 

Bu günə qədər ən təhlükəli virus quduz virusudur. Vaxtında müalicə başlanmasa quduzluq 100% ölümlə nəticələnir.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev