Tibbi-profilaktika ixtisası üzrə 44-cü Tələbə-elmi konfransı keçirilib
26.05.2021 14:07
24-25 may tarixlərində ATU-nun İctimai səhiyyə fakültəsinin tibbi-profilaktika ixtisası üzrə XL IV (44-cü) Tələbə-elmi konfransı keçirilib. Konfrans 3 bölmə üzrə aparılıb:
1 - Tibbi mikrobiologiya və İmmunologiya, Epidemiologiya, Yoluxucu xəstəliklər və Ftiziatriya bölməsi
2 - Biokimya bölməsi
3 - Gigiyena bölməsi
Aztibb.az xəbər verir ki, konfransa adıçəkilən fakültənin dekanı t.ü.e.d., prof. A.Ə.Ağayev sədrik edib. Sədr müavinləri İSF-nin TEC-nin rəhbəri dos. F.Ş.Tağıyeva, TEC-nin sədri F.Z.Məmmədova olublar.
Onlayn konfransın açılışında A.Ə.Ağayev giriş sözü ilə çıxış edərək, elmi kadrların yetişdirilməsində, tələbələrə təcrübi biliklərin aşılanmasında, tələbələrin elmi-tədqiqat işinə maraqlarının artırılmasında və gələcəyin mütəxəssisi kimi yetişdirilməsində TEC-nin bir platforma olmasını söyləyib. Sonra TEC-nin elmi rəhbəri dos. F.Ş.Tağıyeva konfransda dinləniləcək məruzələr, konfransın gündəliyi, reqlament və s. barədə məlumat verib. Qeyd edib ki, bu konfransın qısa müddətdə təşkilində həm kafedraların TEC-nin rəhbərlərinin, həm də tələbələrin özlərinin böyük əməyi var. Daha sonra TEC-nin sədri F.Z.Məmmədova proqram üzrə məruzəçilərə söz verib. Çıxışlar bitdikdən sonra məruzələr, prezentasiyaların tərtibi, onların dizaynı və s. haqda fikir mübadiləsi aparılıb.
Konfransın proqramına müvafiq olaraq 24.05.2021-ci il tarixdə Tibbi mikrobiologiya və İmmunologiya, Epidemiologiya, Yoluxucu xəstəliklər və Ftiziatriya bölməsi üzrə, 25.05.2021-ci il tarixdə isə Gigiyena və Biokimya bölmələri üzrə məruzələr dinlənilib. Qeyd etmək lazımdır ki, ümumilikdə konfransın təşkilat komitəsinə 25 TETİ təqdim edilib. Mikrobiologiya və İmmunologiya, Epidemiologiya, Yoluxucu xəstəliklər və Ftiziatriya bölməsində - 12, Gigiyena bölməsində - 5, Biokimya bölməsində - 8 məruzə dinlənilib.
Konfransda İctimai səhiyyə fakültəsinin tələbələri ilə yanaşı, Müalicə-profilaktika, Hərbi tibb və Əczaçılıq fakültələrinin tələbələri də fəal iştirak ediblər. Bundan başqa, əcnəbi tələbələrin məruzələri də böyük marağa səbəb olub. Konfransa təqdim edilən işlərin əksəriyyəti müasirliyi və təcrübi əhəmiyyəti ilə fərqlənirdi. İSF-nin tələbələri dövrümüzün bəlasına çevrilmiş COVID-19 pandemiyasının dünya üzrə yayılması, onun mikrobioloji, epidemioloji, klinik xüsusiyyətlərinin tədqiqinə, gigiyenik qiymətləndirilməsinə, orqanizmdə baş verən biokimyəvi proseslərin öyrənilməsinə daha geniş yer ayırıblar. Onlar apardıqları araşdırmalarda problemin müxtəlif aspektlərini işıqlandırmaqla, bir daha onun aktuallığını göstərib və COVID-19 infeksiyası ilə mübarizədə vaksinasiyanın böyük rol oynadığını, hamılıqla peyvəndlənməyə qoşulmanın dəstəklənməsini qeyd ediblər.
Konfransın sonunda tədqiqat işini yerinə yetirən tələbələrə sertifikatlar, ən fəal iştirak edən müəllimlərə isə diplomlar təqdim olunub. Konfransda TEC-nin fəaliyyətinin yaxşılaşdırılması üzrə müəllimlər tərəfindən maraqlı təkliflər və tövsiyələr də səsləndirilib.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

