Çində daha bir COVID-19 peyvəndinin təcili istifadəsinə razılıq verilib
15.05.2021 18:51

Çinin dərmanların keyfiyyətinə nəzarət edən müvafiq qurumu COVID-19 virusu əleyhinə daha bir peyvəndin təcili istifadəsinə icazə verib.


Aztibb.az xəbər verir ki, Şencen şəhərindəki “Kangtai” şirkətinin hazırladığı inaktiv vaksinin hazırda 3-cü mərhələ kliniki sınaqları aparılır. İndiyədək olan nəticələr peyvəndin təhlükəsiz və effektli olduğunu göstərib.


“Kangtai” şirkəti, bundan başqa, “AstraZeneca” şirkətinin Oksford Universiteti mütəxəssisləri ilə birgə hazırladıqları COVID-19 peyvəndinin Çində istehsalı üzrə eksklüziv hüquqlara malikdir.

 

Qeyd edək ki, bu, Çində təcili istifadəsinə icazə verilən 6-cı COVID-19 peyvəndidir. Bundan əvvəl Çinin "Sinopharm" şirkətinin 2, "Sinovac" və "CanSino" şirkətlərinin, habelə Çin Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun bir peyvəndinin təcili istifadəsinə razılıq verilib.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
Turanə Əliyeva - Suraxani Tibb Mərkəzinin həkim-psixiatrı
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər