Turpun faydalı xüsusiyyətləri
28.04.2021 10:29

Turp həmişə sağlamlıq və gümrahlıq rəmzi sayılıb. Qırmızı turpun kəskin yandırıcı, qıcıqlandırıcı və acı dadı ondan müalicə vasitəsi kimi istifadə etməyə imkan verir. Onun bəlğəmgətirici və ağrıkəsici keyfiyyətləri də var. Bəzi bölgələrdə turpun yarpaqlarını doğrayıb dovğaya və ayranlı aşa tökürlər.

 

Aztibb.az xəbər verir ki, turp zəngin kimyəvi tərkibə malik olduğuna görə onu həm xarici, həm də daxili xəstəliklərə qarşı müalicə vasitəsi kimi tətbiq edirlər. Həmin maddələr sayəsində onun kökmeyvələri mədə-bağırsaq traktının selikli qişasının respiratorlarını qıcıqlandırır, həzm vəzilərinin sekresiyasını artırır, iştaha gətirir, bağırsaqların peristaltik hərəkətini gücləndirir, sidik və öd ifrazatını yaxşılaşdırır.

 

Xalq təbabətində ağ turpun şirəsi şəkər və balla qarışdırılaraq ağciyər və tənəffüs yolları xəstəliklərində, o cümlədən bronxit, yuxarı tənəffüs yolları katarı, göyöskürək, qanqusma və digər xəstəliklərdə iltihab əleyhinə və bəlğəmtəmizləyici vasitə kimi tətbiq edilir. Kökmeyvənin içərisi oyulur, əmələ gələn boşluq şəkər tozu və ya balla doldurulur, 4-6 saat isti yerdə saxlanandan sonra alınan şirə gündə 3-4 dəfə hər dəfə 1 xörək qaşığı qəbul edilir.

 

Turp şirəsindən qaraciyər sirrozu və toksiki hepatit əleyhinə, oynaq ağrıları, radikulit, miozit, nevralgiya, kəskin hepatit və enterokolit xəstəliklərində də istifadə etmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev