Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasından 98 il ötür
28.04.2021 09:09

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

 

Aztibb.az xəbər verir ki, Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. 

 

O, 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi əməkdaş vəzifəsində fəaliyyətə başlamış, 1950-ci ildə aspiranturaya daxil olmuş, həkimlik fəaliyyəti ilə bərabər, elmi axtarışlarını davam etdirmişdi.

 

Zərifə xanımın elmi-praktiki fəaliyyətinin böyük bir dövrü Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrası ilə bağlı olmuşdur. O, kafedrada dosent kimi fəaliyyətə başlamış, doktorluq dissertasiyasını müdafiə etdikdən sonra - 1976-cı ildə kafedranın professoru seçilmişdi. 1983-cü ildən Göz xəstəlikləri kafedrasına rəhbərlik etmişdir. 

 

Görkəmli alimin tədqiqatları traxoma xəstəliyinin müalicəsi, xüsusən traxomanın və onun fəsadlarının müalicəsində o dövrdə yeni antibiotikdən – təkcə geniş spektrli antibakterial deyil, həm də antixlamid təsirli sintomisindən səmərəli istifadə imkanlarının öyrənilməsi ilə bağlı məsələlərə həsr edilmişdi. O, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-dən çox elmi işin, bir kəşfin müəllifi idi. “İridodiaqnostikanın əsasları” monoqrafiyası həkimlər arasında bu gün də çox populyar dərslikdir. Onun iridodiaqnostika - gözün qüzehli qişasında səciyyəvi dəyişikliklərə əsasən orqanizmdəki xəstəliklərin diaqnostikası sahəsində araşdırmaları böyük maraq doğurur. İridodiaqnostika təbabət elminin uzun müddət qəbul edilməyən yeni istiqamətidir. Zərifə Əliyeva o zaman hələ tədqiq edilməmiş bu yeni istiqamətə bir sıra məqalələr həsr etmişdir.

 

Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir.

 

Zərifə xanım peşəkar həkim, əvəzolunmaz pedaqoq idi. O, əldə etdiyi yeni bilik və bacarıqları böyük həvəslə həkim və elmi işçilərlə paylaşırdı. 

 

Azərbaycanda traxoma xəstəliyinin kökünü kəsməyi qarşısına məqsəd qoyan Zərifə xanım yaxşı başa düşürdü ki, bu, çox çətin və mürəkkəb problemdir. Lakin işin çətinliyinə və məsuliyyətli olmasına baxmayaraq, o, uğur qazana bildi. Moskva oftalmologiya məktəbi Zərifə xanımı “oftalmologiyanın incisi” adlandırmışdı.

 

Zərifə xanım 1985-ci il aprelin 15-də Moskvada vəfat etmişdir.

 

Akademik Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə, həmçinin nadir xeyriyyəçilik xüsusiyyətlərinə görə ölkəmizin tarix salnaməsində dünya şöhrətli alim, nümunəvi qayğıkeş pedaqoq, şəfaverici, şəfqətli həkim, səmimi və sədaqətli vətəndaş, eləcə də məğrur Azərbaycan qadını kimi xalqımızın qəlbində daim yaşayacaqdır.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb
 Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti tələbə qəbulu elan edir   
İsmayıl Əfəndiyev “İnkişaf etməkdə olan ölkələrin XII Toksikologiya Konqresi”ndə iştirak edir
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
 Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb   
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub