İSİM-in direktoru beynəlxalq vebinarda çıxış edib
25.04.2024 12:32

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun qeyri-infeksion xəstəliklər və innovasiyalar üzrə xüsusi təşəbbüsü, ÜST-nin Qidalanma və Uşaq Piylənməsi üzrə Əməkdaşlıq Mərkəzi - Dr. Rikardo Jorj adına Milli Səhiyyə İnstitutunun Qida Məhsulları və Qidalanma üzrə Departamenti ilə birgə əməkdaşlığı çərçivəsində “COVID-19 pandemiyasının Avropada məktəbyaşlı uşaqların gündəlik həyat və davranışına təsiri: 17 üzv dövlətin göstəriciləri” adlı hesabatın onlayn təqdimatı olub.

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə vəİslahatlar Mərkəzindən (İSİM) Aztibb.az-a bildirilib ki, hibrid formatda keçirilən vebinar COVID-19 pandemiyasının uşaqların gündəlik rejiminə, rifahına, yemək davranışlarına, fiziki fəaliyyətinə və çəki göstəricilərinə təsirinin əsas nəticələrinin bölüşülməsi və gələcək perspektivlərin müzakirəsi məqsədilə təşkil edilib.

 

İSİM-in direktoru Qəhrəman Haqverdiyev panel müzakirələrdə çıxış edib. O, COVID-19 pandemiyası dövründə ÜST-nin dəstəyi ilə ölkəmizdə həyata keçirilən uşaqlarda artıq çəki və piylənmənin öyrənilməsi – COSI/ COVID-19 tədqiqatının nəticələri barədə ətraflı məlumat verib və sorğunun uşaqların sağlamlığının qorunması sahəsində gələcək tibbi araşdırmalara verə biləcəyi töhfələrdən bəhs edib.

 

Vebinarın yekununda mövzuya dair iştirakçı dövlətlərin nümayəndələrinin sualları cavablandırılıb, tövsiyələr səsləndirilib, ölkə səviyyəsində həyata keçiriləcək növbəti addımlar müzakirə olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib