FHN xəstəxanalarda nöqsanlar aşkarlayıb  
20.04.2021 13:10

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində fəaliyyət göstərən bir sıra tibb müəssisələrində nəzarət tədbirləri həyata keçirilib.

 

Bu barədə Aztibb.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərin keçirilməsində məqsəd müəssisələrdə yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqların vaxtında müəyyən edilərək aradan qaldırılması, o cümlədən xüsusilə gecə saatlarında təxliyə çıxışı və yolları ilə maneəsiz hərəkətin mümkünlüyünün, ilkin yanğınsöndürmə vasitələrinin, əsasən odsöndürənlərin, daxili yanğın kranlarının, stasionar yanğın nasoslarının texniki vəziyyətinin qiymətləndirilməsi, yanğın zamanı insanların həyat və sağlamlıqlarının qorunması üçün müəssisə əməkdaşlarının üzərinə düşən vəzifələrlə bağlı bilik səviyyəsinin təkmilləşdirilməsi olub.


Tədbirlər zamanı aşkar olunan çatışmazlıqlar yanğın təhlükəsizliyinə dair cavabdeh şəxslərin, həmçinin müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb, bir sıra nöqsanların dərhal aradan qaldırılması təmin edilib.

 

Eyni zamanda, maarifləndirici söhbətlər aparılaraq texniki və tibbi heyətin yanğın təhlükəsizliyi sahəsində hüquq və vəzifələri izah olunub, qanunvericiliklə nəzərdə tutulan digər tədbirlər görülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi üçün zəruri tədbirləri davam etdirir.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib