İsmayıl Əfəndiyev “Azərbaycanda uşaq sağlamlığı və ətraf mühit” mövzusunda təlim keçib
01.05.2024 11:57

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev "Ətraf mühitlə əlaqəli uşaq xəstəliklərinin diaqnostikası, qarşısının alınması və idarəedilməsi bacarığının təkmilləşdirilməsi" mövzusunda keçirilən təlimlər çərçivəsində “Azərbaycanda uşaq sağlamlığı və ətraf mühit” mövzusunda təlim keçib.

 

Bu barədə Aztibb.az-a Gömrük Hospitalından məlumat verilib.

 

Təlimdə Azərbaycan Tibb Universitetinin, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, 2 Nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri, həmçinin, Şəki, Zaqatala, Bərdə, Yevlax, Ağcabədi və Neftçala rayonlarından həkimlər iştirak ediblər.

 

Qeyd edək ki, layihənin məqsədi təlimçilər yetişdirməkdir. Bu səbəbdən təlim iştirakçılarının yüksəkixtisaslı həkimlərdən olmasına önəm verilib. Onlar isə öz növbəsində ilkin səhiyyə işçilərinə bu təlimləri keçərək, uşaqların ətraf mühitlə bağlı xəstəliklərinin tanınmasında, diaqnozunda, idarə edilməsində bilik və bacarıqlarının inkişafında onların daha da təkmilləşdirilməsinə çalışacaqlar.

 

Uşaqların sağlamlığının qorunması istiqamətində tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də dünyada baş verən qlobal iqlim dəyişikliyi və ətraf mühitin uşaqların sağlamlığına təsiri barədə tibb işçilərinin maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır.

 

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un və Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamının icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq TƏBİB və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Ətraf mühitlə əlaqəli uşaq xəstəliklərinin diaqnostikası, qarşısının alınması və idarəedilməsi bacarığının təkmilləşdirilməsi" mövzusunda layihə 4 may 2024-cü il tarixədək davam edəcək.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub