Martın 21-i Beynəlxalq Daun Sindromu Günüdür
21.03.2021 11:37

Daun sindromu ilə əlaqədar təqvim günü ilk dəfə 2006-cı ildə Cenevrə Universitetində yunan genetiki Stilianos Antonarakisin təklifi ilə qeyd edilib.

 

Aztibb.az xəbər verir ki, Palmada de Mayorkada keçirilən Daun sindromu üzrə VI Beynəlxalq Simpoziumda Avropa və Ümumdünya assosiasiyaların təşəbbüsü ilə martın 21-i Beynəlxalq Daun Sindromu Günü elan olunub.

 

Xromosom saylarında olan patoloji dəyişikliklər nəticəsində əmələ gələn xəstəliklərdən ən çox təsadüf edilənlərdən biri də daun sindromudur. Belə xəstələrdə xromosom dəstinin sayı 46 deyil, 47 olur. Artıq olan 1 xromosom qeyri-cinsi xromosomdur. Həmin xromosom dəsti ilə doğulanların psixi inkişafı kəskin zəif olur.

 

Martın 21-nin seçilməsi heç də təsadüfi deyil, bu, xromosomlardan birinin üçləşməsi nəticəsində yaranan daun sindromunun rəmzi əlamətidir. Sindromdan əziyyət çəkənlərdə 21-ci xromosomun üç surəti mövcuddur. Həmin gün təqvimdə öz əksini üçüncü ayın 21-ci günü kimi tapıb.

 

Həkimlərin qənaətinə görə, ananın yaşının çox olması Daun sindromlu uşaqların doğulması ehtimalını artırır. Belə ki, yaşı 35-dən yuxarı olan qadınlarda körpələrin həmin sindromla doğulma ehtimalı 10 dəfə, yaşı 40-dan yuxarı olanlarda isə 25 dəfə artıqdır.

 

Günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini həmin problemə yönəltmək, maarifləndirmə tədbirlərinin aparılmasına şərait yaratmaqdır. Həmin gün aidiyyəti orqanlar, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatları həmin problemə diqqət ayrılması üçün bir sıra tədbirlər görürlər.

 

Daun sindromlu uşaqların zehni inkişafına erkən dövrdən başlamaq və 4-5 yaşına qədər çox ciddi yanaşmaq lazımdır. Onların sevgi, diqqət və fəal ünsiyyətə böyük ehtiyacı var, çünki digər uşaqlarla müqayisədə onlar valideynlərinə daha çox bağlı olurlar. Bunun başlıca səbəbi həmin uşaqların dostluq münasibətlərinə üstünlük verməsidir. Həmin uşaqların xüsusi dərnək, bölmə və məşğələlərdə iştirak etməsi çox faydalıdır. Burada onlar ümumbəşəri dəyərlər, azad və sərbəst inkişaf, vətəndaş tərbiyəsi, tolerantlıq, azadlıq və insan hüquqlarına hörmət öyrənirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır