Mərkəzi Klinikanın Vətən müharibəsində iştirak etmiş əməkdaşları mükafatlandırılıb
24.02.2021 16:52
Bu gün Mərkəzi Klinikada Vətən müharibəsində iştirak etmiş əməkdaşlarla görüş keçirilib.
Görüşdə Mərkəzi Klinikanın baş direktoru Həsən Qəndilov, baş direktor müavini Ceyhun Topçubaşov, baş həkim Kamran Musayev və digərləri iştirak ediblər.
 
Aztibb.az xəbər verir ki, əvvəlcə baş direktor Həsən Qəndilov Vətən müharibəsi iştirakçılarını salamlayaraq, müharibə dövründə Mərkəzi Klinikanın bütün kollektivinin qələbəmizin daha da yaxınlaşdırılması üçün həm arxa, həm də ön cəbhədə böyük fəallıq göstərdiyini, bütün imkanları və qüvvəsi ilə səfərbər olduğunu bildirib.
 
H.Qəndilov qeyd edib ki, döyüşlər başladığı ilk günlərdən klinikanın 8 əməkdaşı öz canları və qanları bahasına ön cəbhədə qəhrəman ordumuzun sıralarında hərbi xidmətdə olmuşlar. Bu gün həmin iştirakçıların cəbhədən qalib əsgər kimi qayıdaraq, əmək fəaliyyətlərini davam etdirmələri sevindirici haldır: "Bu müqəddəs yolda qəhrəman zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də klinikamızın əməkdaşı Yusif Budaqov oldu".
 
Baş direktor əlavə edib ki, müharibə dövründə arxa cəbhədə, eləcə də Mərkəzi Klinikanın Gəncə xəstəxanasında yüzlərlə yaralıya tibbi xidmət göstərilmişdir. Gəncə xəstəxanası cəbhə bölgəsinə yaxın ərazidə yerləşdiyindən burada hərbiçilərlə yanaşı, Gəncə, Goranboy, Bərdə, Naftalan və Tərtərdə düşmənin ağır artilleriya atəşi nəticəsində yaralanmış mülki şəxslərin də müalicəsi həyata keçirilmişdir. Müharibənin aktiv fazası dövründə olduğu kimi, müharibə bitdikdən sonra da yaralılara tibbi xidmət yüksək səviyyədə davam etdirilmişdir.
 
Sonda Vətən müharibəsi iştrakçıları olan əməkdaşlar klinikanın rəhbərliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif edillib, müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib