Pakistanın ölkəmizdəki səfiri ATU-nun qonağı olub
24.02.2021 15:21
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bilal Hayeni qəbul edib.
 
Aztibb.az xəbər verir ki, professor Gəray Gəraybəyli ilk öncə Vətən müharibəsi zamanı göstərilən hərtərəfli dəstək üçün səfirə təşəkkür edib.
 
Görüşdə Azərbaycan və Pakistan arasında müxtəlif sahələrdə uzun illərə dayanan əməkdaşlıq münasibətlərinin tibb sahəsi üzrə də sürətli inkişafından söz açılıb, bu əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
 
Son illər universitetin beynəlxalq əlaqələrinin genişləndiyini deyən ATU-nun rektoru əməkdaşlıq qurulan ali məktəblərin sayının daha da artdığını bildirib: “Hazırda dünyanın 30-a yaxın ölkəsindən olan 85-ə yaxın ali təhsil və elmi-tədqiqat qurumları ilə əməkdaşlığımız mövcuddur. ATU əcnəbi tələbə sayına görə ölkənin lider universitetidir. Belə ki, Tibb Universitetində 37 ölkədən 2526 nəfər xarici vətəndaş təhsil alır. Ali məktəbimizdə Pakistandan da 24 tələbə təhsil alır”.
 
G.Gəraybəyli Pakistandan olan tələbə sayının artırılması, gələcəyin həkimlərinin mübadiləsinin təşkili, eləcə də birgə elmi araşdırmaların aparılması üçün səyləri gücləndirməyin vacibliyini vurğulayıb.
 
Rektor 2020-ci ildə Tibb Universitetinin 90 illik yubileyinin qeyd edildiyini bildirərək, səfirə ATU-nun yubiley medalını təqdim edib.
 
Pakistanın ölkəmizdəki səfiri B.Haye isə öz növbəsində Azərbaycan hökumətini və xalqını böyük Qələbə münasibətilə təbrik edib. O, ATU ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi, qarşılıqlı layihələrin icrası ilə bağlı görüləcək işlərdən danışıb.
 
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Pakistan İslam Respublikasının ölkəmizdəki səfirinin köməkçisi İqbal Abdullayev da iştirak ediblər.
ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib