Azərbaycan alimləri E-tibb üzrə onlayn beynəlxalq tədbirdə iştirak ediblər - Foto
31.01.2021 11:30

Yanvarın 27-də “GEANT EaPConnect” layihəsinin təşkilatçılığı ilə E-tibb üzrə onlayn seminar keçirilib.  Tədbirə Dünya üzrə müxtəlif Milli Tədqiqat və Təhsil şəbəkələrindən təxminən 70-ə yaxın əməkdaş qoşulub.

 

Onlayn iclasda AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, eləcə də institutun digər əməkdaşları Lalə QarayevaAytən Əhmədova və Könül Əliyeva iştirak ediblər.

 

İnstitutdan Aztibb.az-a verilən məlumata görə, iclasın keçirilməsində əsas məqsəd E-tibb və GEANT üçün aktual olan mövzular ətrafında müzakirələr aparmaq, eləcə də gələcəkdə bu sahədə kompleks tədqiqat tələb edən məsələləri müəyyənləşdirmək idi.

 

Sonra müxtəlif tədqiqat və təhsil şəbəkələrindən olan əməkdaşlar təmsil etdikləri şəbəkələrin öz ölkələrində e-tibb üzrə beynəlxalq layihələrə necə dəstək verməsi, gələcəkdə hansı xidmətlərin tətbiq oluncağı və xəstəxanaların COVID-19 pandemiyası dövründə şəbəkələrin hansı xidmətlərindən istifadə etməsi haqqında təqdimatlarla çıxış ediblər.

 

Tədbirdə qeyd olunub ki, bir sıra GÉANT milli tədqiqat və təhsil şəbəkələri e-tibb üzrə  layihələri dəstəkləyir və ya müştərilərinə eHealth ilə əlaqəli xidmətlər təklif edir. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən EOSC-Life layihəsi, e-tibb və e-infrastrukturlarla əlaqəli ümumi bir sıra məqamları həll edir.

 

Onlayn iclasda, həmçinin milli tədqiqat və təhsil şəbəkələrinin e-tibb ilə əlaqədar təşkilatları müəyyən xidmətlər ilə təmin etməsi, şəbəkələrin bu təşkilatlara təhlükəsizlik ilə bağlı dəstək göstərməsi, milli tədqiqat və təhsil şəbəkələrinin e-tibb üzrə institutları bulud xidmətləri ilə təmin etməsi və e-tibbdə əsas çağırışlar kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
Turanə Əliyeva - Suraxani Tibb Mərkəzinin həkim-psixiatrı
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər