ATU Almaniyanın Heidelberg Universiteti ilə əməkdaşlıq edəcək
28.01.2021 09:43
“Almaniya Federativ Respublikasının ali təhsil qurumları ilə olan əməkdaşlığımız bizim üçün çox önəmlidir və prioritet istiqamətlərdən biridir”.
 
Bunu Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ATU-nun Tədris Cərrahiyyə Klinikası və Almaniyanın Heidelberg Universitetinin Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikası arasında əməkdaşlığa həsr olunmuş tədbirdəki çıxışı zamanı bildirib.
 
“Diplomdan sonrakı təhsil sahəsində əməkdaşlıq” layihəsinə həsr olunmuş onlayn formatlı tədbirin açılış mərasimində Heidelberg Universitetinin Manhaym Tibb fakültəsinin dekanı, professor Sergey Goerdt, Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Volfqanq Maniq, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da iştirak ediblər. Onlar çıxışlarında Azərbaycan və Almaniya arasında müxtəlif sahələr, o cümlədən təhsil və səhiyyə sahəsi üzrə əməkdaşlığın əsas istiqamətlərindən danışıblar.
 
Professor G.Gəraybəyli universitetin dörd klinikası haqqında tədbir iştirakçılarına məlumat verərək, Tədris Cərrahiyyə Klinikasının 2013-cü ildə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə tikilib istifadəyə verildiyini diqqətə çatdırıb. Bildirib ki, klinikada tələbələrin, xüsusilə də rezidentlərin keyfiyyətli təhsil almas üçün hər cür şərait yaradılıb.
 
Rektor qeyd edib ki, 90 yaşlı ATU dünyanın 30-a yaxın ölkəsinin 80-ə qədər ali tədris və elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq edir. “Bizim beynəlxalq tərəfdaşlıqlarımız arasında Almaniya Federativ Respublikası ilə əlaqələrimiz xüsusi yer tutur. Dünyanın ən güclü iqtisadi dövlətlərindən biri olan Almaniya ATU-nun məzunlarının rezidentura təhsilini davam etdirdiyi ən sevimli istiqamətlərindən biridir. Statistikaya görə, indi Almaniyada 900-a yaxın azərbaycanlı həkim işləyir. Odur ki, Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikası ilə əməkdaşlığımız bizim üçün mühüm əhəmiyyət kəsb edir”.
 
Daha sonra ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev “Azərbaycanda müasir cərrahiyənin tarixi, cərrahiyyədə diplomdan sonrakı tədrisinin təşkili və bu sahədə əməkdaşlıq prekspektivləri” mövzusu üzrə çıxış edib. O, klinikanın fəaliyyət istiqamətləri, burada yaradılan şərait, pandemiya ilə mübarizədə klinika əməkdaşlarının gördüyü işlər və digər məsələlər barədə danışıb.
 
Konfransda Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının direktoru, professor Kristof Reisfelder “Almaniyadakı cərrahi təcrübə və təhsilə qısa baxış” adlı məruzəsini təqdim edib.
 
Sonda Manhaym Tibb Mərkəzinin layihə koordinatoru, Dr. Vüqar Yaqublu “Rezidentura pilləsində cərrahiyyə ixtisası üzrə əməkdaşlıq” mövzusunda və PAGEL proqramı haqda ətraflı məlumat verib.
 
Xatırladaq ki, layihənin Azərbaycan tərəfindən koordinatoru ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Orxan İsayev, Almaniya tərəfdən isə Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının həkimi, prof. Michael Keesedir.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır