Elmi tədqiqatların maliyyələşdirilməsi ilə bağlı yeni pilot layihənin həyata keçirilmə qaydası təsdiqləndi
06.10.2020 16:23

Nazirlər Kabineti tərəfindən “Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA-nın İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası” təsdiq edilib.

 

Aztibb.az-ın məlumatına görə, təqdim edilən layihə elmi-tədqiqat işlərinin keyfiyyətinin və praktik əhəmiyyətinin, onlara çəkilən xərclərin səmərəliliyinin artırılması məqsədilə AMEA-nın İqtisadiyyat İnstitutunda yeni maliyyələşmə mexanizminin praktik fəaliyyət prosesində sınaqdan keçirilməsi üçün təklif olunur.


Qaydada elmi tədqiqatların baza və sifarişlər əsasında maliyyələşdirilməsi nəzərdə tutulur. Sifarişlər üzrə maliyyələşmə üçün dövlət qurumlarının real ehtiyaclarının müəyyənləşdirilməsi üzrə razılaşmalar əsasında sifarişçi dövlət qurumuna məqsədli maliyyə vəsaitinin ayrılması proseduru müəyyən edilmişdir.

 

Pilot layihənin icrası nəticəsində iqtisadi tədqiqatların praktik əhəmiyyətinin yüksəlməsi və bilavasitə dövlət qurumlarının real ehtiyaclarına hədəflənməsi, o cümlədən müxtəlif səviyyəli hüquqi sənəd layihələrinin, konsepsiya və proqramla­rın hazırlanması və ya ekspertizadan keçirilməsi məqsədilə effektiv maliyyələşmə mexanizminin yaradılacağı gözlənilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır