Azərbaycanlı həkim-radioloqdan COVID-19 infeksiyası ilə mübarizədə effektiv tövsiyələr
26.07.2020 12:39
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Rentgendiaqnostika bölməsinin və ATU-nun Tədris Terapevtik Klinikasının Radiologiya şöbəsinin müdiri, dosent Aydın Əliyev “Facebook” hesabında COVID-19 xəstəliyi ilə mübarizədə daha effektli nəticələr əldə etmək üçün şəxsi praktikasından qeydləri nəzərə çatdırıb. O, xəstəliklə mübarizədə insanları təşvişə düşməməyə səsləyib. Bildirib ki, stress immun sistemini zəiflətdiyindən xəstəlik daha ağır formada özünü biruzə verir.
Aztibb.az həkim-radioloqun tövsiyələrini təqdim edir:
- Bacardıqca təmiz havada, günəş altında olun, mənzilinizi tez-tez havalandırın. Mənzilinizə günəş şüalarının düşməsini maksimum təmin edin.
- Sağlam qidalanın, bacardıqca təbii qida məhsullarına üstünlük verin. Normal qidalandıqda orqanizm xəstəliklə mübarizə üçün kənardan bütün lazımi maddələri qəbul edir.
- Xəstəlik əlamətləri olmasa heç bir müalicə tətbiq etməyin.
- Hər gün, hətta gündə bir neçə dəfə bədən temperaturunuzu ölçün.
- Əgər temperaturunuz yüksəlibsə, yəni 37-37,5-ə qədərdirsə Təcili Yardıma zəng edin və ya özəl klinikada analiz verin.
- Analizin cavabı müsbətdirsə, yəni sizdə koronavirus aşkarlanıbsa panik olmayın. Əksər insanlar bu xəstəliyi yüngül keçirir.
- Temperatur 37,5-ə qədər olarsa heç bir dərman qəbul etməyin! Bu dərəcəyə qədər temperatur orqanizmin müdafiə reaksiyasıdır. Ən effektli mübarizəni orqanizm özü aparır. Çünki indiyə qədər hələ ki, virusu dəqiq öldürən dərman preparatı dünyada aşkar olunmayıb.
- Temperatur 37,5-dən yuxarı qalxarsa qandan prokalsitonin analizi verin. Əgər prokalsitonin normadan artıqdırsa demək ki, prosesə əlavə bakterial infeksiya qoşulub. O zaman geniş spektrli antibiotik istifadə etmək olar.
- Prokalsitonin analizinin nəticəsi normaldırsa bu zaman antibiotik qəbul etməyin. Antibiotik virusu öldürmür.
- Prokalsitonin analizi normal, lakin temperatur 37,5-dən çoxdursa o zaman parasetamol və virus əleyhinə preparatlardan istifadə edin.
- Boğulma, təngnəfəslik, hava çatışmazlığı varsa və 3 gündür davam edən 37 və 37 üzəri temperature varsa döş qəfəsinin-ağciyərlərin kompüter tomoqrafiyası müayinəsini etdirin.
- Kompüter tomoqrafiyası müayinəsində ağciyərlərdə “buzlu şüşə” mənzərəsi təqribən 20%-dən çoxdursa artıq stasionar müalicə almalısız, yəni xəstəxanaya yatızdırılmalısız. Bunu Təcili Yardım və poliklinikadan tələb edin.
- “Buzlu şüşə” görüntüləri varsa, lakin prokalsitonin analizi normaldırsa antibiotikə ehtiyac yoxdur. “Buzlu şüşə” mənzərəsini yaradan əsas trombozdur, bildiyimiz adi pnevmoniya deyil. Bu halda antibiotiklər deyil, yalnız antikoaqulyantlar (məs.: kleksan, fraksiparin), iltihab əleyhinə preparatlar (qeyri-steroid və steroid preparatları - məs. parasetamol, deksametazon) və spazmolitik preparatlar (lazım olarsa nitroqliserin) kömək edir.
- Şəkərli diabeti olan şəxslərdə diabetik angiopatiya-damarların daxili qişasının zədələnməsi olduğundan damardaxili laxtalanma çox ola bilər, yəni xəstəliyin ağırlaşmasına daha çox rast gəlinir. Bu xəstələrdə antikoaqulyantlar yüksək dozada istifadə edilə bilər. Spazmolitik, antiinflamator və antikoaqulyantlar xəstəliyin müalicəsində çox effektlidir.
- Bronxial astma, ostruktiv bronxit, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, xroniki böyrək çatışmazlığı olanlar, ağciyər vərəmi keçirən şəxslər, BSJ peyvəndi olunanlar və siqaret çəkənlər COVID-19 xəstəliyini yüngül keçirir. Təşvişə səbəb yoxdur.
- 8-12 gün ərzində temperaturunuz 37,5-i keçməyibsə narahatlığa əsas yoxdur. Demək ki, siz bu xəstəliyə - virusa qalib gəlirsiz. Artıq yavaş-yavaş yüngülləşmə hiss edəcəksiz.
- Temperatur 37,5-dən yuxarı qalxarsa, boğulma, təngnəfəslik, hava çatışmazlığı hiss edilərsə, şəkərli diabet xəstəliyiniz varsa, kompüter tomoqrafiyası müayinəsində “buzlu şüşə” mənzərəsi ağciyərlərin 20%-dən çoxunu əhatə edirsə, o zaman mütləq stasionar müalicə almalısız. Orda sizə bütün lazımi dərman vasitələri veriləcək.
- Bütün qapalı məkanlarda maskadan istifadə edin. Ən yaxşısı N95 tipli maskadır.
- Qapalı və açıq məkanlarda 2 metr ara məsafəsi saxlayın.
- Şəxsi gigiyena qaydalarına maksimal əməl edin. İş yerinə və evə daxil olanda əllərinizi, üzünüzü sabunlu su ilə yuyun, dezinfeksiya məhlulları ilə-xüsusən 95%-li spirt məhlulu ilə dezinfeksiya edin. Marketlərdən aldığınız məhsulları dezinfeksiya edi və yuyun.
- Sizdə koronavirus aşkar olunubsa ətrafınızdakılarla təmas eməyin, onları özünüzdən qoruyun. Otağınızı ayırın və havasını tez-tez dəyişin. Sizə qulluq edən şəxslər və siz mütləq N95 maskası geyinin. Şikayətinizdən asılı olaraq 10-14 gündən sonra 1 sutka fasilə ilə 2 dəfə burun-udlaqdan və əsnəkdən test analizi verin. Əgər mənfidirsə daha iki həftə özünüzü izolyasiya edin.
- COVID-19 xəstəliyi tam sağalır, ağciyərlərdə heç bir fibroz əmələ gətirmir və iz qoymur. Ağciyərlərdə hər hansı bir xəstəlik 2 aydan tez sağalırsa heç bir fibroz yaranmır.
Bu bölməyə aid digər xəbərlər
Səhiyyə və Təhsil nazirlikləri birgə məlumat yayıb
13.10.2021 | 15:54
Koronavirus tablosu – Son 24 saat
06.06.2021 | 10:00
Türk alimləri COVID-19-u bir dəqiqəyə məhv edən sprey hazırlayıb
27.01.2021 | 14:06
COVID-19-un ağır gedişatından qoruyan dərman yaradılıb
20.01.2021 | 18:24
İran insanlar üzərində COVID-19 peyvəndlərinin sınaqlarına başlayır
14.11.2020 | 19:52
İtaliyada COVID-19-a qarşı peyvənd insan üzərində uğurla sınaqdan keçirilib
26.08.2020 | 09:43
Azərbaycanda son sutkada koronavirusdan ölüm qeydə alınmayıb
16.08.2020 | 18:50
Gələn həftədən başlayaraq 1500 nəfər seroloji testdən keçiriləcək
13.08.2020 | 15:33
Rusiya vaksinin istifadəyə veriləcəyi tarixi açıqladı
12.08.2020 | 13:25
Avqustun 10-dan bu qadağalar ləğv olunur - SİYAHI
07.08.2020 | 21:33
ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
15.07.2026 | 12:38
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
14.07.2026 | 11:02
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində
15.07.2026 | 17:02
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
12.07.2026 | 14:59
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
18.07.2026 | 11:30
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses
14.07.2026 | 10:05
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
15.07.2026 | 09:37
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
16.07.2026 | 14:16
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
20.07.2026 | 11:15
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
12.07.2026 | 11:11
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
14.07.2026 | 11:27
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
14.07.2026 | 14:35
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
13.07.2026 | 10:27
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
16.07.2026 | 16:06
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub
14.07.2026 | 16:19

