Mərkəzi Fitosanitar laboratoriyası beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib
19.06.2026 18:19

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Mərkəzi Fitosanitar laboratoriyası İngiltərənin “Fapas” şirkəti tərəfindən təşkil olunan qarğıdalı unu nümunəsində GMO-nun keyfiyyət göstəricilərinin (35S Promotor, NOS Terminator, FMV Promotor) təyini üzrə beynəlxalq səriştəlilik sınağına qatılaraq uğurlu nəticələr əldə edib.

 

Bu barədə Aztibb.az-a AQTİ-dən xəbər verilib.

Mərkəzi Fitosanitar laboratoriyası AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiyadan keçirilib. Laboratoriyada həyata keçirilən bütün müayinələr və analizlər sözügedən standartın tələblərinə tam uyğun şəkildə icra edilir.

 

Laboratoriya fəaliyyət göstərdiyi müddətdə Böyük Britaniya, Fransa, Rusiya və digər ölkələrdə təşkil olunan çoxsaylı beynəlxalq səriştəlilik sınaqlarında iştirak edərək yüksək nəticələr qazanıb. Əldə edilən bu uğurlar, laboratoriyanın tətbiq etdiyi müasir analitik metodların, qabaqcıl texnoloji avadanlıqların və mütəxəssislərin peşəkarlığının beynəlxalq səviyyədə təsdiqi deməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır