Hərbi tibb fakültəsi Tələbə Elmi Cəmiyyətinə yeni sədr seçilib
19.06.2026 17:08

Azərbaycan Tibb Universitetinin (ATU) hərbi tibb fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) genişləndirilmiş müşavirəsi keçirilib. 

ATU-dan Aztibb.az-a bildirilib ki, iki paneldən ibarət olan tədbirin ilk hissəsində hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev, ATU TEC-in elmi rəhbəri, dosent Nərgiz Məmmədova, ATU TEC sədri Nigar Babayeva, sədr müavinləri və İctimai səhiyyəf fakültəsinin TEC elmi rəhbəri, dosent Fərəh Baxışlı çıxış edərək elmi əməkdaşlığın önəmini vurğulayıblar.

Universitetin Startup və kommersiyalaşdırma şöbəsinin müdiri, dosent Ayət Cəfərova, koordinatoru Könül Qaragözova isə tələbələrin innovativ layihələrə cəlb olunması barədə məlumat veriblər. Tədris şöbə rəisinin Elmi İşlər üzrə müavini, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədov isə TEC-in bir illik fəaliyyətinə dair geniş hesabat məruzəsi ilə çıxış edib.

İkinci paneldə TEC Şurası çərçivəsində rəsmi sədr seçkiləri keçirilib. Fakültə tələbələrindən ibarət 4 namizədin platforması dinlənildikdən sonra Şuranın 31 üzvündən 27 nəfərin və fakültə rəisinin iştirakı ilə Hesablama Komissiyasının üzvlərinin (Möhsün Quluzadə-VI kurs, Elmir Mirzəyev- IV kurs, Qəndab Bağırova- I kurs) nəzarəti altında səsvermə prosesi baş tutub. Səsvermənin nəticələrinə əsasən, səslərin mütləq çoxluğunu qazanan II kurs tələbəsi Fərid Rzayev hərbi tibb fakültəsi TEC-in yeni sədri seçilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır