ATU-da tibb ixtisasları üzrə yeni tədris proqramlarının növbəti müzakirəsi keçirilib  
19.06.2026 15:35

Azərbaycan Tibb Universitetində (ATU) tibb ixtisasları üzrə yeni tədris proqramlarının növbəti müzakirəsi keçirilib. 

 

ATU-dan Aztibb.az-a bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılan Komissiyada "Əsas (baza ali) tibb təhsili səviyyəsi və Səhiyyə ixtisasları qrupu" üzrə İşçi Qrupunun həmsədri, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın rəhbərliyi ilə baş tutan görüşdə komissiya üzvləri, ATU əməkdaşları, həmçinin 1 nömrəli Bakı Tibb və 2 nömrəli Bakı Baza Tibb kolleclərinin nümayəndələri iştirak ediblər. 

 

Tədbirdə ATU-nun Tədris Departamentinin rəhbəri Kamandar Yaqubov tibb ixtisasları üzrə yeni tədris proqramları ilə bağlı ilkin müzakirələrdən sonra əldə olunmuş rəy və təkliflərin qiymətləndirildiyini, əmək bazarının tələblərinə uyğun, müasir bilik və bacarıqlar əsas götürülməklə, tələbə yönümlü tədris proqramlarına üstünlük verildiyini diqqətə çatdırıb. 

 

İşçi Qrupun həmsədri İradə Axundova da müasir dövrdə tibbin qarşılaşdığı yeni çağırışlar əsasında ənənəvi ixtisaslarla yanaşı, yeni ixtisasların yaradılması və inkişaf etdirilməsi zərurətindən söz açıb. Bu prosesin həm səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, həm də cəmiyyətin dəyişən ehtiyaclarına daha effektiv cavab verməyə imkan yaratdığını qeyd edən həmsədr yeni ixtisasların klinikalara sıx bağlı istiqamətlər olmasını nəzərə almaqla, müvafiq addımlar atılmasını tövsiyə edib. 

 

Daha sonra 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva və 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva təqdim etdikləri tədris proqramlarının hazırlanmasında beynəlxalq təcrübəyə əsaslanıldığını, xüsusən kadrların praktik bacarıqlarının gücləndirilməsi ilə bağlı müvafiq işlərin genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıblar. 

 

Tədris proqramlarının təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşən ATU-nun II Müalicə-profilaktika fakültəsinin dekanı İsrail Məhərrəmbəyli də öz çıxışında tibb bacı və qardaşlarının hazırlığının təkmilləşdirilməsinin mühüm əhəmiyyətini diqqətə çatdırıb. 

 

Aparılan geniş fikir mübadiləsindən sonra görüşdə səsləndirilən müxtəlif rəy, fikir və təkliflərin ümumiləşdirilərək, yaxın günlərdə yekun qərarın veriləcəyi bildirilib.

 
 
 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır