Beyinin vaxtından əvvəl qocalmasına səbəb olan 6 təhlükə   
20.06.2026 16:26

Beyin insan orqanizminin ən mürəkkəb və vacib idarəetmə mərkəzidir. Yaş artdıqca beynin fəaliyyətində müəyyən dəyişikliklərin baş verməsi təbii proses hesab olunur. Mütəxəssislərin fikrincə bəzi amillər bu prosesi sürətləndirərək yaddaşın zəifləməsinə, diqqət pozğunluqlarına və idrak qabiliyyətinin erkən azalmasına səbəb ola bilər. Mövzu ilə bağlı  həkim-nevroıoq  Aynurə Usubovanın fikrini öyrəndik.

 

Nevroloq bildirib ki, həyat tərzi ilə bağlı yanlış vərdişlər və bəzi sağlamlıq problemləri beynin bioloji yaşını faktiki yaşdan daha sürətlə artırır: “Hətta orta yaş dövründə belə beyin hüceyrələrinin fəaliyyətinə mənfi təsir edən faktorlar gələcəkdə demensiya və digər nevroloji xəstəliklərin riskini yüksəldə bilər”.  

 

Həkimin sözlərinə görə, bu amillərdən biri xroniki yuxusuzluqdur. O qeyd edib ki, yuxu zamanı beyin özünü bərpa edir, gün ərzində əldə olunan məlumatları emal edir və sinir sistemi yenilənir. Yuxunun kifayət qədər olmaması isə yaddaş problemlərinə, diqqət çatışmazlığına və zehni performansın azalmasına gətirib çıxarır.

 

Nevroloq onu da qeyd edib ki, uzunmüddətli stress beynin əsas düşmənlərindən hesab olunur. Stress zamanı ifraz olunan hormonlar beynin yaddaş və öyrənmə funksiyalarına cavabdeh olan sahələrinə mənfi təsir göstərir. Bu isə zamanla unutqanlıq və konsentrasiya problemlərinin yaranmasına səbəb ola bilər.

 

Günay Rəhimovanın fikrincə, fiziki hərəkətsizlik də beyin sağlamlığı üçün ciddi risk yaradır. Həkim bildirib ki, aktiv həyat tərzi beyinə qan axınını yaxşılaşdırır, hüceyrələrin oksigenlə təminatını artırır və yeni sinir əlaqələrinin formalaşmasına kömək edir. Əksinə, oturaq həyat tərzi beynin fəaliyyətinin zəifləməsinə şərait yaradır.

 

Mütəxəssis sağlam olmayan qidalanmanın da beyin qocalmasını sürətləndirən amillərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, həddindən artıq şəkərli, yağlı və emal olunmuş qidaların qəbulu beyində iltihabi prosesləri artırır. Bunun əksinə olaraq, tərəvəz, meyvə, balıq və omeqa-3 yağ turşuları ilə zəngin qidalar beyin funksiyalarının qorunmasına müsbət təsir göstərir.

 

Həkim bildirib ki, sosial təcrid və zehni fəaliyyətsizlik də beynin vaxtından əvvəl qocalmasına səbəb ola bilər. Onun sözlərinə görə, mütəmadi olaraq kitab oxumaq, yeni biliklər əldə etmək, müxtəlif intellektual fəaliyyətlərlə məşğul olmaq və sosial əlaqələri qorumaq beynin aktivliyini saxlayır və idrak qabiliyyətlərinin zəifləməsinin qarşısını alır.

 

Nevroloqun diqqət çəkdiyi digər məqam isə bəzi xəstəliklər və infeksiyaların beyin fəaliyyətinə təsiridir. O qeyd edib ki, müxtəlif infeksiyalar və xroniki xəstəliklər sinir sisteminə mənfi təsir göstərərək yaddaş, diqqət və düşünmə proseslərində problemlərə yol aça bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır