Tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində tədbir keçirilib
20.06.2026 15:47
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə əməkdaşlıq çərçivəsində tədris proqramlarında nəzərdə tutulan İİV infeksiyası və QİÇS modulu üzrə tibb işçilərinin nəzəri və praktiki biliklərinin artırılması məqsədilə tədris prosesi Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin klinik bazasında həyata keçirilir.
 
Aztibb.az-a Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən xəbərə görə, Mərkəzin klinik bazasında həkimlər və digər tibb mütəxəssisləri üçün İİV infeksiyası və QİÇS mövzusunda nəzəri və praktiki təlim təşkil olunub. Tədris prosesində iştirakçılar İİV infeksiyasının diaqnostikası, müalicəsi, profilaktikası, müasir yanaşmalar və pasiyentlərin idarə olunması ilə bağlı aktual məlumatlar əldə ediblər.
 
Bu cür təlimlər tibb işçilərinin peşəkar inkişafına töhfə verməklə yanaşı, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır