Məxmərək: Səbəbləri, müalicəsi və profilaktikası
20.06.2026 15:38
Məxmərək (alman qızılcası) – virus tərəfindən törədilən və uşaqlarda yüngül keçən, lakin hamiləlik dövründə son dərəcə təhlükəli ola bilən infeksion xəstəlikdir.
 
Aztibbb.az xəbər verir ki, xəstəliyin əlamətləri bəzi hallarda özünü büruzə verməsə də, yoluxmuş şəxslər virusu başqalarına ötürə bilirlər. Məxmərək xüsusilə peyvənd olunmamış hamilə qadınlar üçün böyük təhlükə yaradır: İnfeksiya dölə keçərək onun inkişafına ciddi zərər vura bilər.
 
Məxmərəyin ağırlaşmaları, əsasən, aşağıdakılardır:
Beyin zədələnməsi;
Qanaxmalar və immun sistemin zəifləməsi;
 
Məxmərək infeksiyasının ən ciddi ağırlaşmaları hamilə qadınların yoluxması zamanı baş verir. Peyvənd olunmamış hamilə qadının məxmərək virusuna yoluxması düşük və ya ölü doğuşla nəticələnə bilər. Eyni zamanda virus körpəyə keçərək ürək, eşitmə və görmə problemləri, əqli qüsur kimi anadangəlmə xəstəliklərə səbəb ola bilər.
 
Qadın məxmərəyə hamiləliyin erkən dövründə, xüsusilə də ilk 3 ayında yoluxarsa, körpəsində ciddi anadangəlmə qüsurlara rast gəlmə riski daha yüksəkdir.
 
Məxmərək uşaqlarda adətən 2-3 gün davam edən və yüngül formada keçən aşağıdakı əlamətlərə səbəb olur:
Qırmızı səpgilər (ilk növbədə üz nahiyəsində görünür, sonra bədənin qalan hissəsinə yayılır);
Yüngül qızdırma;
Limfa vəzilərinin böyüməsi;
Öskürək, burun axması, gözlərin qızarması və şişməsi;
Oynaq ağrıları.
İnfeksiyaya yoluxmuş insanların təxminən yarısında isə əlamətlər özünü büruzə vermir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır