Endokrinoloq: Geri gəzinti enerji sərfiyyatını artırır
13.06.2026 09:33

Son dövrlərdə sosial mediada trendə çevrilən “geri gəzinti” (retro walking) sadə görünsə də, əslində bədən üçün daha fərqli və daha intensiv bir hərəkət formasıdır. Normal gəzintidən fərqli olaraq, geri hərəkət daha çox diqqət və koordinasiya tələb edir ki, bu da həm fiziki, həm də zehni aktivliyi artırır.

 

Aztibb.az xəbər verir ki, endokrinoloq Fərhad Burzunun sözlərinə görə, geri gəzinti zamanı orqanizmdə fərqli əzələ qrupları daha aktiv işləyir və bu, ümumi fiziki hazırlığın yaxşılaşmasına kömək edir.

 

Araşdırmalara görə, geri gəzinti zamanı xüsusilə budun arxa hissəsinin əzələləri, baldırlar və omba əzələləri daha çox yüklənir. Bu isə əzələ balansını yaxşılaşdırmaqla yanaşı, bəzi hallarda zədələnmə riskinin azalmasına da müsbət təsir göstərə bilər.

 

Fərhad Burzunun sözlərinə görə, geri addımlamaq enerji sərfiyyatını artırır, ürək-damar sistemini daha fəal işləməyə sövq edir və kalori yandırılmasını gücləndirir.

 

Mütəxəssis qeyd edir ki, bu hərəkət forması diz və bud oynaqlarının hərəkətliliyini artıraraq oynaq sağlamlığının qorunmasına dəstək verə bilər.

 

Onun fikrincə, geri gəzinti diqqət və balans tələb etdiyi üçün beyin fəaliyyətinin stimullaşdırılmasına da kömək edir, konsentrasiyanı artırır və əhval-ruhiyyəyə müsbət təsir göstərir.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır