Sumqayıt Tibb Mərkəzinin tabeliyindəki müəssisələrdə yanğın təhlükəsizliyi üzrə təlim keçirilib  
12.06.2026 15:46
Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına həsr olunmuş nəzəri və praktiki təlim təşkil edilib.
 
STM-dən Aztibb.az-a verilən xəbərə görə, Mülki müdafiə bölməsinin əməkdaşları tərəfindən keçirilən təlim zamanı iştirakçılara yanğın baş verdikdə düzgün davranış qaydaları, insanların təhlükəsiz təxliyəsinin təşkili, həmçinin ilkin yanğınsöndürmə vasitələrindən səmərəli istifadə üsulları barədə ətraflı məlumat verilib.
 
Təlimin praktiki hissəsində xüsusi avadanlıq vasitəsilə süni yanğın ocağı yaradılıb. Tibb müəssisələrinin əməkdaşları yanğınsöndürmə balonlarından istifadə qaydalarını əyani şəkildə tətbiq edərək, mümkün fövqəladə hallarda operativ və düzgün hərəkət etmək bacarıqlarını nümayiş etdiriblər.
 
Keçirilən təlimin məqsədi tibb işçilərinin yanğın təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılması, fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi və müəssisələrdə təhlükəsizlik mədəniyyətinin daha da möhkəmləndirilməsidir
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır