TƏBİB vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb  
12.06.2026 16:43
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində zəruri addımlar atılır.
 
Bu məqsədlə TƏBİB-in müvafiq struktur bölmələrinin nümayəndələrindən ibarət müştərək komissiyalar tərəfindən tabeli tibb müəssisələrində fəaliyyətin müxtəlif istiqamətləri üzrə planlı və növbədənkənar monitorinqlər həyata keçirilir.
 
TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, monitorinqlərin məqsədi göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, mövcud risklərin müəyyən edilməsi, qanunvericiliyin tələblərinə riayət olunması, həmçinin vahid tibbi standartların tətbiqinin təmin edilməsidir. Həmçinin tibb müəssisələrində tibbi sənədləşmənin düzgün aparılması, klinik protokol və standartlara əməl olunması, müayinə və müalicə proseslərinin qiymətləndirilməsi, işçi heyətinin ştat cədvəlinə uyğunluğunun yoxlanılması, o cümlədən əmək müqavilələri və kadr sənədlərinin təhlili, işçilərin peşə hazırlığı, sertifikasiya və təlim proseslərinin monitorinqi, kadr ehtiyaclarının və işçi yükünün təhlili istiqamətində tədbirlər görülür.
 
Tibb müəssisələrində xidmət keyfiyyətinin artırılması, vətəndaş müraciətlərinə operativ baxılmasının təmin edilməsi, sahələr üzrə aşkarlanmış nöqsanların qısa zamanda aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
 
 
Qeyd edək ki, 2026-cı ilin aprel ayından etibarən Sabunçu Tibb Mərkəzi, Qusar Rayon Mərkəzi Xəstəxanası, Xəzər Tibb Mərkəzi, Akademik Mirməmməd Cavadzadə Adına Respublika Kliniki Uroloji Xəstəxanası, Ə.D.Məlikov Adına Binəqədi Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Şamaxı Rayon Mərkəzi Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, 11 nömrəli Şəhər Poliklinikası, Yazıçılar Birliyi Poliklinikası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Ağdam Rayon Mərkəzi Xəstəxanası, İmişli Rayon Mərkəzi Xəstəxanası, İnnovasiya və Təchizat Mərkəzi, Biləsuvar Rayon Mərkəzi Xəstəxanası, Hövsan Tibb Mərkəzi, 9 saylı Şəhər Poliklinikasında aparılmış yoxlama və araşdırmalar nəticəsində 9 əməkdaşın əmək müqaviləsinə xitam verilib, 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, 5 araşdırmanın nəticəsi üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi və müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
 
Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanası, Nizami Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında bu istiqamətdə tədbirlər həyata keçirilir. Prosesin ölkə üzrə digər tabeli tibb müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.
 
Həyata keçirilən tədbirlər tibb müəssisələrində xidmət keyfiyyətinin artırılmasına, fəaliyyətin daha səmərəli təşkilinə və mövcud çatışmazlıqların vaxtında aradan qaldırılmasına xidmət edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır