Uşaqlarınız baxarkən gözlərini qıyır və ya başını yana əyir?
15.06.2026 12:06
Uşaqlarda astiqmatizmin diaqnostikası uşaq oftalmoloqu tərəfindən xüsusi testlər və müasir cihazlar vasitəsilə həyata keçirilir. Uşaqlar çox vaxt görmə dərəcələrinin zəif olduğunu hiss etmədikləri üçün profilaktik müayinələr həlledici rol oynayır.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Uşaq xəstəxanasının həkim-oftalmoloqu Kəmalə Babayeva Aztibb.az-a bildirib ki, diaqnozun tam dəqiq qoyulması üçün bəzi prosedurlar tətbiq olunur:
“-Damlalı Müayinə (Siklopegiya): Gözə bəbəyi genəldən xüsusi damla tökülür. Bu damla astiqmatizmin dərəcəsini dəqiqliklə üzə çıxarır.
-Kompüter Müayinəsi (Avtokeratorefraktometriya): Xüsusi cihaz vasitəsilə gözün işığı sındırma qabiliyyəti və buynuz qişanın əyriliyi avtomatik ölçülür.
-Retinoskopiya: Kompüter qarşısında hərəkətsiz dayana bilməyən azyaşlı uşaqlar üçün işıq və xüsusi xətkeşlə aparılan ən effektiv obyektiv üsuldur.
-Görmə Cədvəlləri (Vizometriya): Danışa bilən uşaqların görmə faizi xüsusi şəkillər və ya hərflər olan cədvəllər vasitəsilə yoxlanılır.”
Həkim-oftalmoloq uşaqlarda astiqmatizm şübhəsi yaradan və müayinəyə ehtiyac olduğunu göstərən əlamətlər barədə də məlumat verib:
“Əsas əlamətləri baxarkən gözləri qıymaq və ya başı yana əymək, tez-tez təkrarlanan baş və qaşüstü ağrılar, yaxından oxuyarkən və ya televizora baxarkən tez yorulmaq, gözləri tez-tez ovuşdurmaqdır.
K. Babayeva əlavə edib ki, erkən diaqnoz gələcəkdə "tənbəl göz" (ambliopiya) riskinin qarşısını alır. Bu səbəbdən uşaqların heç bir şikayəti olmasa belə, müntəzəm olaraq 6-12 aylığında, 3 yaşında və 6 yaşında (məktəbə başlamazdan əvvəl) göz müayinəsindən keçməsi tövsiyə edilir.
Qeyd edək ki, astiqmatizm aşkarlandıqda, problem xüsusi eynəklər (böyük yaşlı uşaqlarda isə həmçinin kontakt linzalar) vasitəsilə uğurla korreksiya olunur.
Bu bölməyə aid digər xəbərlər
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

