PFAPA sindromu nədir?
15.06.2026 11:23
Uşaqlarda hər ay təkrarlanan yüksək hərarət, boğazda qızartı və ağrı, ağız boşluğunda yaralar, boyun limfa vəzilərinin böyüməsi müşahidə olunursa, bu hallar sadə infeksiyadan daha fərqli ola bilər.
 
Aztibb.az-ın xəbərinə görə, belə vəziyyətlərdə PFAPA sindromu ehtimalını nəzərdən keçirmək vacibdir.
 
PFAPA – periodik qızdırma ilə müşayiət olunan və əsasən 2-5 yaş arası uşaqlarda rast gəlinən bir sindromdur. Bu hal dövri olaraq təkrarlanır və çox vaxt klassik müalicələrə cavab vermir. Məhz bu səbəbdən bir çox valideyn çaşqınlıq yaşayır və hər dəfə uşağın xəstələndiyini düşünərək antibiotiklərə müraciət edir.
 
Bu sindrom təhlükəli deyil, lakin düzgün diaqnoz qoyulmadıqda uşağın həyat keyfiyyətinə mənfi təsir edə bilər. Müvafiq müayinə və peşəkar yanaşma ilə vəziyyət tam nəzarət altına alına bilər.
Həkimlər həmçinin valideynlərə tövsiyə edir ki, bu cür əlamətləri müşahidə etdikdə, pediatra və ya uşaq revmatoloquna müraciət etsinlər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır