Əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının artırılması üçün yeni layihəyə başlanıb
05.06.2026 17:56

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının artırılması məqsədilə yeni layihəyə  -  “RehaTransfer” nəqliyyat xidmətinin tətbiqinə başlayıb.

 

Bu məlumat Aztibb.az-a Agentlikdən verilib.

 

Bildirilib ki, bu xidmətdən reabilitasiya mərkəzlərinə sərbəst gələ bilməyən və daimi köməyə ehtiyacı olan, ilkin əlillik təyin edilmiş, eləcə də ilk dəfə reabilitasiya xidmətlərinə müraciət edən şəxslər yararlana bilərlər.

 

Bundan başqa, səyyar xidmət üçün müraciət edən və dəyərləndirmə nəticəsində stasionar reabilitasiya kursuna uyğun hesab edilən əlilliyi olan şəxslər də yeni xidmətdən istifadə edə biləcəklər.

 

Xidmətdən yararlanmaq üçün əlilliyi olan şəxslər və ya onların qanuni nümayəndələri ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edərək reabilitasiya üçün rezervasiya formalaşdırmalıdırlar.

 

Reabilitasiya müəssisəsi tərəfindən vətəndaşın xidmət üzrə müəyyən edilmiş hədəf qrupuna uyğunluğu təsdiqləndiyi halda “RehaTransfer” xidməti təşkil olunur.

Əlilliyi olan şəxs yaşadığı ünvandan götürülərək reabilitasiya mərkəzinə təhlükəsiz və komfortlu şəkildə çatdırılır, kurs başa çatdıqdan sonra isə onlar yenidən geri qaytarılırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır