Yazda ən çox yayılan respirator viruslar və onların orqanizmə təsiri
05.06.2026 16:14
Respirator viruslar tənəffüs yollarını zədələyən və əsasən, hava-damcı yolu ilə yayılan infeksion törədicilərdir. Bu viruslar mövsüm keçidlərində, o cümlədən yaz aylarında daha aktiv olur. Ən çox yayılan növləri - rinovirus (adi soyuqdəymə), adenovirus (tənəffüs yolları, göz, bağırsağa düşən virus) və parainfluenza (uşaqlardakı qrip) virusudur.
 
Virusların ilkin simptomları barədə Aztibb.az-a məlumat verən Yeni Klinikanın həkim-infeksionisti Səxavət Xəlilli aşağıdakı hallar müşahidə olunduqda profilaktik tədbirlərin görülməsini vacib hesab edir.
 
"Bu viruslar zamanı burunun tutulması, axması, asqırma, öskürmə, boğazda yanma, qıcıqlanma, 37.5°C-ni keçməyən subfebril temperatur, halsızlıq, əzələ-oynaq ağrıları, baş ağrısı və yüksələn temperatur müşahidə edilir.
 
Əlamətlərin müşahidə olunduğu ilk günlərdən bol maye qəbul etmək, yuxu rejiminin normal olması, mövsümə uyğun qidalanma və istirahətə diqqət etmək lazımdır. Antipiretik/analgetik, antihistamin, lokal analgetik təsiri olan pastillər və ya sprey də istifadə oluna bilər. 3 gündən çox davam edən 38°C-ni keçən temperatur, normallaşıb yenidən yüksələn temperatur halları müşahidə olunursa, sinədə ağrı, təngnəfəslik, kəskin halsızlıq, susuzluq varsa, bundan başqa, risk qrupuna daxil olan 5 yaşından kiçik uşaqların, 65 yaşdan yuxarı şəxslərin, hamilələrin, xroniki xəstəlikləri olan şəxslərin həkimə müraciət etmələri tövsiyə olunur”.
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır