Bu gün Ümumdünya Ətraf Mühit Günüdür  
05.06.2026 08:28

Ümumdünya Ətraf Mühit Günü ətraf mühitin qorunmasına diqqəti artırmaq məqsədilə BMT tərəfindən təsis edilmiş və hər il iyunun 5-də qeyd olunan beynəlxalq günlərdən biridir. Bu gün ekoloqlar və təbiətin mühafizəsi ilə məşğul olan təşkilatlar üçün dünya ictimaiyyətinin diqqətini ekoloji problemlərə yönəltməyin, eyni zamanda, ətraf mühitin qorunmasına dair siyasi maraq və fəaliyyətləri təşviq etməyin ən vacib vasitələrindən hesab olunur.

 

Aztibb.az xəbər verir ki, həmin ekoloji bayram 1972-ci il dekabrın 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qətnamə ilə təsis edilib. Tarix kimi 5 iyun seçilib, çünki həmin gün 1972-ci ildə Stokholmda İnsan Ətraf Mühiti üzrə Konfrans öz işinə başlayıb. Bu konfransın nəticəsi olaraq BMT-nin Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Bir sıra ölkələrdə bu gün həm də Ekoloqlar Günü kimi qeyd olunur.

 

İnsan həm təbiətin bir parçası, həm də onu dəyişdirən qüvvədir. Ətraf mühit insanın fiziki mövcudluğunu təmin edir, onun intellektual, mənəvi, sosial və ruhani inkişafı üçün imkanlar yaradır. Elm və texnologiyanın sürətli inkişafı nəticəsində bəşəriyyət ətraf mühiti görünməmiş miqyasda dəyişdirmək gücü əldə edib. Buna görə də həm təbii, həm də insan tərəfindən yaradılmış mühit insanların rifahı və əsas hüquqlarının, o cümlədən yaşamaq hüququnun təmin olunmasında mühüm rol oynayır.

 

Bu günün qeyd olunmasının məqsədi hər bir insanda ətraf mühitin qorunmasına töhfə vermək istəyi yaratmaq və planetin həyat təminat sistemlərinə artan təzyiqin kritik həddə çatmasının qarşısını almaq üçün daha çox insanı fəaliyyətə sövq etməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır