Azərbaycanla İsrail arasında səhiyyə sahəsində mövcud əməkdaşlığın vəziyyəti müzakirə olunub
04.06.2026 16:49
TƏBİB-in İcraçı direktoru Anar Bayramov ilə İsrailin Soroka Universiteti Tibb Mərkəzinin Uşaq Neyrocərrahiyyəsi şöbəsinin rəhbəri Mikki Gideon arasında keçirilən görüşdə səhiyyə sahəsində mövcud əməkdaşlığın vəziyyəti, birgə həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bu arədə Aztibb.az-a TƏBİB-dən xəbər verilib.
Bildirilib ki, görüş zamanı İsrailin pediatriya, uşaq neyrocərrahiyyəsi və tibbi təhsil sahələrində əldə etdiyi nailiyyətlər xüsusi qeyd olunub, Azərbaycanın bu təcrübədən faydalanmasının vacibliyi vurğulanıb. Bununla yanaşı, ölkəmizdə təşkil olunan ixtisaslaşmış müayinə və konsultasiya kampaniyaları, yerli tibb mütəxəssisləri üçün keçirilən təlim proqramları, eləcə də peşəkar təcrübə mübadiləsinin inkişafına göstərilən dəstək yüksək qiymətləndirilib.
Tərəflər səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin inkişafı, rəqəmsal səhiyyə həllərinin tətbiqi, ictimai səhiyyə sahəsində institusional potensialın gücləndirilməsi, eləcə də hər iki ölkənin səhiyyə sistemləri arasında təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüş çərçivəsində gələcək dövrdə prioritet istiqamətlər üzrə birgə təşəbbüslərin həyata keçirilməsi, tibb işçiləri üçün təlim, seminar, ixtisasartırma və klinik təcrübə proqramlarının genişləndirilməsi, telemedisin də daxil olmaqla müasir rəqəmsal səhiyyə həllərinin tətbiqi, innovasiya və tədqiqat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də təcili tibbi yardım sahələrində birgə fəaliyyət imkanları müzakirə olunub
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

