Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
04.06.2026 08:46

Həmkarın iş qabiliyyətinin azalması və əhval-ruhiyyəsində kəskin dəyişikliklər peşəkar tükənmənin əlaməti ola bilər.

 

Aztibb.az xəbər verir ki, bu barədə psixiatr həkim Aleksandr Sergiyeviç "RİA Novosti" agentliyinə müsahibəsində məlumat verib.

 

Mütəxəssis xüsusilə uzun illər eyni təşkilatda çalışan əməkdaşların davranışlarında baş verən dəyişikliklərə diqqət yetirməyi tövsiyə edib.

 

“Əgər həmkarınız qəfil aqressiv, əsəbi olmağa başlayıbsa və ya əksinə, laqeyd və passiv davranırsa, bu, depressiya, stress və ya digər psixoloji pozuntuların göstəricisi ola bilər”, – deyə həkim bildirib.

 

Onun sözlərinə görə, hər şeydən yorulmuş əməkdaşı ən kiçik bir problem belə özündən çıxara bilər. Məsələn, hesabatda bir rəqəmin səhv yazılması belə onun kəskin reaksiya verməsinə səbəb ola bilər.

 

Digər narahatedici əlamətlərdən biri də əvvəllər ünsiyyətcil olan şəxsin birdən-birə özünə qapanması və həmkarları ilə əlaqələrini ciddi şəkildə məhdudlaşdırmasıdır.

 

Peşəkar tükənmənin daha aydın görünən əlaməti isə məsuliyyətli və məhsuldar əməkdaşın iş öhdəliklərini əvvəlki səviyyədə yerinə yetirə bilməməsidir.

 

Psixiatr belə hallarda ilk növbədə həmkarla sakit, anlayışlı və nəsihət vermədən söhbət etməyi məsləhət görüb.

 

“Burada əsas məqsəd vəziyyəti daha da ağırlaşdırmamaqdır”, – deyə psixiatr vurğulayıb.

 

Mütəxəssis xatırladıb ki, sağlamlıqla bağlı problemlər yarandıqda özünümüalicə ilə məşğul olmaq düzgün deyil və vaxtında peşəkar tibbi yardım almaq üçün həkimə müraciət etmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır