Mərkəzi Gömrük Hospitalında TAVİ və yüksək texnologiyalı invaziv kardioloji əməliyyatlar uğurla icra olunur  
03.06.2026 17:09

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlunun rəhbərliyi altında invaziv kardioloqlar tərəfindən TAVİ və EVAR əməliyyatları, Mitral Klip, döş qəfəsində olan anevrizmalar və yırtıqların ayaq damarından girilərək bağlanması prosedurları, Perkutan Transluminal Koronar Angioplastika Proseduru, stent tətbiqi, ürək boşluqlarının kateterizasiyası, koronar angioqrafiya, aortaqrafiya, döş qəfəsi və qarın aortaqrafiyası, periferik angioqrafiya, renal angioqrafiya, aortaqrafiya, eləcə də EKQ, holter monitorinqi, stres test, exokardioqrafiya, transezofagial exoqrafiya, stres exokardioqrafiya, müvəqqəti süni ritm aparıcısının tətbiqi, intaortik balon pompasının tətbiqi, ürək boşluqlarının kateterizasiyası kimi müasir müayinə və müalicə üsulları uğurla həyata keçirilir.

 

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu, kardioloqlar – Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, həmçinin Şəhla Ağayeva, Samir Mustafayev, Emin Hacıbalayev, Emin Allahverdiyev, Günay Məmmədova, Sevinc Məmmədova, Günay Hətəmova və Nərgiz Ələkbərova tərəfindən pasiyentlərə müasir diaqnostik imkanlar və qabaqcıl invaziv müdaxilə üsullarından istifadə etməklə ürək-damar xəstəliklərinin erkən aşkarlanması, effektiv müalicəsi və ağırlaşmaların qarşısının alınması təmin olunur. Şöbədə müalicə prosesi beynəlxalq klinik protokollara uyğun təşkil edilir, multidissiplinar yanaşma tətbiq olunur və pasiyentlərin sağlamlığının bərpası ilə yanaşı, həyat keyfiyyətinin yüksəldilməsi əsas prioritet kimi müəyyən edilir.

 

2023-cü ilin sentyabr ayından etibarən icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində Transkateter Aorta Qapağı implantasiyası (TAVİ) əməliyyatı uğurla icra olunur. TAVİ əməliyyatı Azərbaycanda nadir icra olunan əməliyyatlardan və tibbin son nailiyyətlərindən biridir. TAVİ əməliyyatı narkoz verilmədən, ümumi anesteziya olmadan, sadəcə yüngül sedasiya vasitəsilə heç bir kəsik açılmadan həyata keçirilir. Azərbaycanda ilk dəfə 2023-cü ilin noyabr ayında qoltuqaltı və korpusaltı damarlardan girilərək ürəyin aorta klapanının dəyişdirilməsi əməliyyatı Mərkəzi Gömrük Hospitalında icra olunub.

 

Mərkəzi Gömrük Hospitalında aparılan kardioloji müayinələr aşağıdakılardır:

• EKQ;

• Holter monitorinqi;

• Fiziki yük sınagı (Stress test);

• Exokardioqrafiya;

• Transezofagial exo (TEE);

• Stress Exokardioqrafiya;

• Ambulator qan təzyiqi monitorizasiyası;

• Kardioversiya;

• Müvəqqəti süni ritm aparıcısı (Pacemaker) tətbiqi;

• İntaortik balon pompası tətbiqi;

• Koronar angioqrafiya;

• PTKA (Perkutan trans luminal angioplastika);

• Yüksək riskli PTKA və stent tətbiqi;

• Xroniki total okkluziyalarda PTKA və stend;

• Ürək boşluqlarının kateterizasiyası;

• Döş qəfəsi və qarın aortaqrafiyası;

• Koronar angioqrafiya + byrass kontrolu;

• Periferik angioqrafiya;

• Renal angioqrafiya;

• Aortaqrafiya.

 

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır