Salyan Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində “Mavi kod” simulyasiya təlimi keçirilib
06.06.2026 11:02
Salyan Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində “Mavi kod” simulyasiya təlimi keçirilib.
Aztibb.az-a Salyan RMX-dan bildirilib ki, təlimdə xəstəxananın Keyfiyyətə Nəzarətin İdarə Edilməsi Komitəsinin rəhbəri Yusif Muradov komanda üzvlərinə sınaq məşqinin gedişatını izah edib və müvafiq tapşırıqları verib. Daha sonra Cərrahiyyə şöbəsində “Mavi kod” siqnalı işə salınıb.
Qeyd edək ki, “Mavi kod” xəstəxanada qəfil ürək və ya tənəffüs dayanması zamanı tibbi heyətin ən qısa müddətdə hadisə yerinə yetişməsini və xəstəyə operativ müdaxilə etməsini təmin edən təcili bildiriş sistemidir.
Simulyasiya zamanı şöbədə müalicə alan şərti xəstənin vəziyyətinin qəfil pisləşdiyini görən tibb bacısı dərhal onun nəbzini yoxlayıb. Nəbzin dayandığını müəyyən etdikdən sonra o, dərhal “Mavi kod” elan edib. Xüsusi komanda hadisə yerinə çatana qədər böyük tibb bacısı xəstəyə ilkin təməl həyat dəstəyi göstərib. Daha sonra əraziyə yetişən həkim vəziyyəti nəzarətə götürərək təkmil reanimasiya tədbirlərinə başlayıb. Həyata keçirilən operativ müdaxilə nəticəsində vəziyyəti stabilləşən xəstə Reanimasiya şöbəsinə köçürülüb.
Sonda təlim uğurla başa çatıb və personalı maraqlandıran suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
Tərtər RMX-nın Təcili Tibbi Yardım və Cərrahiyyə şöbəsinin tibb işçiləri təlimə cəlb olunub
17.10.2026 | 16:33
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Xocavənd Rayon Mərkəzi Xəstəxanasının həkimi vəfat edib
16.10.2026 | 19:12
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

