Kişilər niyə təhlükəli ağciyər xəstəliyinin əlamətlərinə məhəl qoymurlar?
31.05.2026 13:55

 

Kişilər xroniki obstruktiv ağciyər xəstəliyinin (XOAX) təhlükəli əlamətlərini çox vaxt görməzlikdən gəlirlər. Bu barədə tibb elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının akademiki və Rusiyanın Səhiyyə Nazirliyinin baş pulmonoloqu Sergey Avdeyev məlumat verib.

 

Aztibb.az "Planet Today" nəşrinə istinadən yazır ki, mütəxəssisin sözlərinə görə, XOAX tənəffüs yollarında xroniki iltihab nəticəsində yaranan və hava axınının məhdudlaşması ilə xarakterizə olunan ciddi xəstəlikdir. Vaxtında aşkar edilmədikdə xəstəlik irəliləyərək həyat keyfiyyətinin və əmək qabiliyyətinin azalmasına səbəb olur.

 

Araşdırmalar göstərir ki, kişilər tibbi yardım üçün qadınlarla müqayisədə daha az müraciət edirlər. Belə ki, ildə ən azı bir dəfə həkimə müraciət edənlərin təxminən 40 faizi kişilər, 60 faizi isə qadınlardır. Bu da kişilərin həkimə getmə tezliyinin qadınlardan təxminən 1,5 dəfə az olduğunu göstərir.

 

Ekspert bunun əsas səbəblərindən birinin cəmiyyətdə formalaşmış stereotiplər olduğunu bildirib. Uşaqlıqdan oğlanlara ağrı və narahatlıqlardan şikayət etməmək, problemlərə dözmək aşılanır. Nəticədə bir çox kişi sağlamlıq problemlərini ciddi qəbul etmir və həkim müayinəsini təxirə salır.

 

Sergey Avdeyevin sözlərinə görə, kişilər çox vaxt yalnız xəstəlik gündəlik fəaliyyətlərinə və ya iş qabiliyyətlərinə mane olmağa başlayanda həkimə müraciət edirlər. Qadınlar isə pilləkən qalxarkən nəfəs darlığı kimi erkən əlamətlərə daha həssas yanaşırlar.

 

Pulmonoloq qeyd edib ki, xüsusilə siqaret çəkən kişilər səhər saatlarında yaranan öskürəyi normal hal hesab edirlər. Halbuki bəlğəmli xroniki öskürək XOAX-ın ilk əlamətlərindən biri ola bilər.

 

Mütəxəssis əlavə edib ki, bəzi kişilər ciddi diaqnoz eşitmək qorxusundan da müayinədən yayınırlar. Onlar problemin öz-özünə keçəcəyinə ümid etsələr də, XOAX müalicə olunmadıqda davamlı şəkildə ağırlaşır.

 

İş yükünün çoxluğu və vaxt çatışmazlığı da həkimə müraciətin gecikdirilməsinə səbəb olan amillər sırasındadır. Bir çox kişi ailənin maddi təminatını öz sağlamlığından üstün tutur. Lakin həkimin sözlərinə görə, xəstəlik erkən mərhələdə aşkarlandıqda əmək qabiliyyətini qorumaq mümkündür, gecikmə isə ciddi fəsadlara yol aça bilər.

 

Sergey Avdeyev risk qrupuna daxil olan şəxslərə mütəmadi olaraq spirometriya müayinəsindən keçməyi tövsiyə edib. Ağciyərlərin funksiyasını qiymətləndirən bu müayinə ağrısızdır və təxminən 15 dəqiqə çəkir.

 

Mütəxəssislər bildirirlər ki, uzunmüddətli öskürək, nəfəs darlığı, tez yorulma və bəlğəm ifrazı kimi əlamətlər müşahidə olunduqda vaxt itirmədən pulmonoloqa müraciət etmək vacibdir. Erkən diaqnoz və düzgün müalicə xəstəliyin inkişafını ləngidə və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır