Elmi Araşdırmalar Mərkəzində "Hüceyrə kulturası" mövzusunda müzakirələr aparılıb
22.05.2026 14:36

Azərbaycan Tibb Universitetinin Elmi Araşdırmalar Mərkəzində tədbir keçirilib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki. tədbirdə Hüceyrə kulturası laboratoriyasının baş laborantı Nuriyə İsmayıl Mərkəzin əməkdaşları üçün "Hüceyrə kulturası" mövzusunda təqdimatla çıxış edib.

 

Təqdimatda hüceyrə kulturasının elmi əhəmiyyəti və tarixi inkişaf mərhələləri haqqında məlumat verilib. Həmçinin hüceyrə kulturası laboratoriyasının iş prinsipi, əsas avadanlıqları, təhlükəsizlik qaydaları və praktik tətbiq sahələri müzakirə olunub.

Sonda bu sahənin gələcək perspektivləri, yaratdığı elmi imkanlar və laboratoriyanın inkişaf hədəfləri vurğulanıb.

 

Təqdimat EAM-ın əməkdaşları tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır