Bu gün Ümumdünya Travmatoloqlar Günüdür
20.05.2026 10:06

Hər il mayın 20-si travmatoloqların peşə bayramı - Ümumdünya Travmatologiya Günü kimi qeyd olunur.

 

Aztibb.az xəbər verir ki, travmatologiya tibbin müxtəlif sahələri ilə əlaqədardır və zədənin lokalizasiyası, yəni mexaniki təsir nəticəsində zədələnmiş bədənin və ya orqanın həmin hissəsinin, zədələnmə şəraiti, habelə onun mümkün nəticələri, xəstənin ümumi vəziyyətini, xroniki xəstəlikləri, əks göstərişləri və sair araşdırır. Septik, irinli, yanıq cərrahiyyəsi, neyrocərrahiyyə, flebologiya, hematologiya və digər tibb sahələri travmatologiya ilə sıx bağlıdır.

Adi insanlarda travmatologiya, ilk növbədə, dayaq-hərəkət sistemindəki xəsarətlərlə assosiasiya olunur. Bu da təsadüfi deyil. “Travmatoloji məntəqə” sözünü çoxları eşidib, bəziləri isə hətta orada olublar. İnsanlar həmin məntəqələrə yıxılma, zərbəalma nəticəsində əl-ayaqda çıxıq, sınıq, əzik və digər xəsarətlər baş verəndə müraciət edirlər. Bu baxımdan, travmatologiya, dayaq-hərəkət sistemi xəstəliklərinin qarşısının alınması və müalicəsi ilə məşğul olan müvafiq tibb sahəsi - ortopediya ilə sıx bağlıdır. Təsadüfi deyil ki, bu sahədə çalışan həkimlərin ixtisası ortoped-travmatoloq adlanır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır