İnsan bir ay qaranlıqda qalsa nə baş verir? - Mütəxəssis izah edib
23.05.2026 12:23

İnsan günəş işığı olmadan yaşaya bilər. Lakin bir ay qaranlıq şəraitdə qalmaq artıq yaddaş keyfiyyətini, sümük toxumasını zəiflədir və narahatlıq səviyyəsini artırır.

 

Aztibb.az xəbər verir ki, bu barədə TASS-a Perm Milli Tədqiqat Politexnik Universitetinin “Kimya və biotexnologiya” kafedrasının baş elmi işçisi, tibb elmləri namizədi Valeri Litvinov məlumat verib.

 

Mütəxəssisin sözlərinə görə, gün işığının olmaması insanın həm psixoloji, həm də fiziki sağlamlığına mənfi təsir göstərir. Burada əsas rol bioloji ritmlərə məxsusdur. Gündüz-gecə dövrləri pozulduqda melatonin və kortizol hormonlarının ifrazı balansdan çıxır. Bu isə yuxusuzluğa, gündüz yuxululuğuna və immunitetin zəifləməsinə səbəb olur.

 

Təxminən bir ayın sonunda əksər insanlarda depressiv əhval-ruhiyyə, narahatlıq, yaddaş və diqqət pozuntuları yaranır. Bundan əlavə, uzunmüddətli günəş işığı çatışmazlığı D vitamini defisitinə gətirib çıxarır ki, bu da sümükləri və immun sistemini zəiflədir, həmçinin dəri və yoluxucu xəstəliklərin riskini artırır.

 

Mütəxəssis əlavə edir ki, əgər insanın psixoloji vəziyyəti əvvəldən sabit deyilsə, bir ay qaranlıqda qalmaq demək olar ki, qaçılmaz şəkildə depressiyaya səbəb olur. Orqanizmin D vitamini sintez etməsi və ümumi tonusun qorunması üçün gündə ən az 30–60 dəqiqə gün işığında olmaq tövsiyə edilir, xüsusilə günün birinci yarısında. Həmçinin yaşayış və iş mühitində təbii işıq çatışmazlığının davamlı olmasına yol verilməməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır