Ginekoloq-cərrah: "Bir döllü hamiləliklə müqayisədə əkiz hamiləliklərdə ağırlaşmalara daha çox rast gəlinir"
15.05.2026 14:34
ATU-nun I mamalıq-ginekologiya kafedrasının mama-ginekoloqu, Tədris Cərrahiyyə Klinikasının ginekoloq-cərrahı Səidə Vəliyeva Aztibb.az-a əkiz hamiləliklərdə yaranan təhlükələrdən danışıb.
Ginekoloq-cərrah əkiz hamiləliklərin yüksək riskli hamiləliklər sırasına aid olduğunu bildirib. Həkimin sözlərinə görə, bir döllü hamiləliklə müqayisədə əkiz hamiləliklərdə ağırlaşmalara daha tez-tez rast gəlinir.
Mütəxəssis qeyd edib ki, belə hallarda ağır toksikoz, ağır gedişli preeklampsiya, erkən və gec düşük, vaxtından əvvəl doğuş, döllərin az və ya ekstremal az çəkidə doğulması, anatomik anomaliyalar, fetofetal transfuziya sindromu, döllərin bətndaxili inkişaf ləngiməsi, neonatal və yeni doğulan ölümü kimi ciddi problemlər yarana bilər. Buna görə də əkiz hamiləliklər xüsusi diqqət və ciddi nəzarət tələb edir.
Həkim vurğulayıb ki, əkiz hamilə qadınlar həkim müayinəsinə daha tez-tez gəlməli, rutin yoxlanışlarla yanaşı əlavə müayinələrdən də keçməlidirlər. Məqsəd ana və döllərdə yarana biləcək ağırlaşmaların qarşısını vaxtında almaqdır. Ağırlaşma aşkarlanarsa, hamilə patologiyalar şöbəsinə yerləşdirilərək nəzarətdə saxlanılmalıdır.
Səidə Vəliyevanın sözlərinə görə, hazırda nəzarətdə olan pasiyentdə erkən həftələrdə düşük təhlükəsi müşahidə olunub. Hamiləliyin 28-ci həftəsindən etibarən uşaqlıq boynunda qısalma qeydə alınıb, 30-cu həftədə isə uşaqlıq boynunun uzunluğu 9 mm olub. Pasiyent Tədris Cərrahiyyə Klinikasının patologiyalar şöbəsinə yerləşdirilərək müvafiq müayinə, qulluq və müalicə ilə təmin edilib. Hazırda hamiləlik 35 həftə 3 günlükdür. Ana və hər iki dölün vəziyyəti qənaətbəxşdir. Həkim bildirib ki, əkizlər bixorionik-biamniotikdir, yəni hər iki dölün ayrıca cift və su kisəsi mövcuddur.
Həkim qeyd edib ki, əkiz hamiləliklərdə mütəmadi tibbi nəzarət ana və körpələrin sağlamlığının qorunmasında mühüm rol oynayır. Vaxtında aparılan müayinə və müalicə sayəsində bir çox ağırlaşmaların qarşısını almaq mümkündür.
Bu bölməyə aid digər xəbərlər
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

