“Narkomaniya ilə birgə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib
16.05.2026 11:20
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində çalışan tibb işçiləri arasında “Narkomaniya ilə birgə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyəsinə və narkomalığa qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”na daxil olan tədbirlərin icrası məqsədilə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü və Respublika Narkoloji Mərkəzlə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
 
Tədbirin əsas məqsədi narkomaniya və onun tibbi-sosial fəsadları ilə bağlı əməkdaşların bilik və bacarıqlarının artırılması, narkomaniya ilə mübarizədə peşəkarlıq səviyyəsinin yüksəldilməsi və qarşılıqlı təcrübə mübadiləsinin təmin edilməsi olmuşdur.
 
Tədbiri açılış nitqi ilə açan RQMM direktoru Famil Məmmədov ölkədə həyata keçirilən çoxistiqmətli əks epidemik tədbirlərin əhəmiyyətindən bəhs edərək, son 10 ildə inyeksion narkotik istifadəçiləri arasında İİV-in yayılmasının 2 dəfəyə qədər azaldığını vurğulayıb.
 
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin direktoru Fəzayıl Sadıqov narkotik asılılığı, narkotik istifadəçilərində müşahidə olunan fizioloji və psixoloji pozuntular, bu halların idarə olunmasında müasir yanaşmalar, eləcə də əvəzedici opioid terapiyasının əhəmiyyəti barədə ətraflı məlumat verib. O, narkomaniya ilə mübarizədə tibb işçilərinin rolunun və bu sahədə peşəkar fəaliyyətin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
 
Tədbir geniş müzakirə şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.
ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Türkiyənin yerli istehsalı olan süni ürək-ağciyər aparatı tətbiq edildi - 57 xəstədə uğurlu nəticə
Uroloq noutbukun gələcək atalar üçün əsas təhlükəsini açıqlayıb
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Autizmli qadınlarda menopauza əlamətləri narahatlıq və depressiv əlamətlərlə daha qabarıq müşahidə edilir - Araşdırma