IV terapiya həqiqətən təsirlidirmi?
16.05.2026 10:16

Son illərdə IV (venadaxili) vitamin terapiyasına maraq artıb. Bu prosedur zamanı vitamin və minerallar damar daxilinə yeridilərək birbaşa qan dövranına ötürülür. Məqsəd orqanizmin qida maddələrini daha sürətli qəbul etməsinə kömək etməkdir.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim endokrinoloq Fərhad Burzu sosial şəbəkədə məlumat paylaşıb.
 

Həkim bildirib ki, IV terapiyanın həyat keyfiyyətini artırdığı, yorğunluğu azaltdığı, immun sistemini dəstəklədiyi və susuzlaşmanın bərpasına yardım etdiyi bildirilir. Xüsusilə C vitamini, B qrupu vitaminləri, maqnezium və sink kimi maddələrdən istifadə olunur. Bəzi hallarda migren və xroniki yorğunluq zamanı əlavə dəstək məqsədilə tətbiq edilir.

 

Fərhad Burzu qeyd edib ki, bu üsulun ümumi sağlamlıq üçün faydalarını tam sübut edən kifayət qədər elmi araşdırma yoxdur. Bundan əlavə, yüksək dozalar və nəzarətsiz tətbiq müəyyən risklər yarada bilər. IV vitamin terapiyası yalnız həkim məsləhəti ilə və sağlam həyat tərzini tamamlayan əlavə dəstək kimi qiymətləndirilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır