Keyfiyyətsiz eynək istifadəsi gözdə bəzi problemlərin yaranmasına səbəb ola bilər
16.05.2026 09:49

Optik eynək xəstəyə mütləq şəkildə mütəxəssis tərəfindən təyin olunmalıdır.

 

Aztibb.az-ın xəbərinə görə, bəzən insanlar optik eynək seçimində mütəxəssis həkimlə məsləhətləşmir, sadəcə optik eynəklər satılan yerlərdən görünüşcə bəyəndikləri hazır eynəkləri alırlar. Bu cür eynəklərdə hər iki şüşənin dərəcəsi eyni olur. Amma əgər şəxsdə gözlərin görmə zəifliyi fərqlidirsə, bu cür eynəklər görmə zəifliyinin artmasına, göz və baş ağrılarına səbəb ola bilər. Bir sözlə, optik eynək seçimində verilmiş özbaşına qərar əksinə sağlamlığımıza mənfi təsir göstərə bilər. Bütün hallarda eynək xəstəyə mütləq şəkildə mütəxəssis tərəfindən təyin olunmalıdır.

 

Optik eynək alarkən keyfiyyət sənədinin olması məqsədəuyğundur. Çünki həmin keyfiyyət sənədində şüşənin materialı, eynəyin gözləri ultrabənövşəyi şüalardan nə dərəcədə qoruması haqqında məlumat olur. Eynək alarkən eynəyin çəkisinə, rənginə də fikir verilməlidir. Belə ki, eynəyin çəkisi yüngül olduqda, həm burun sümüklərinə, həm də qulağın arxası nahiyəsinə daha az təzyiq etmiş olur. Uzaqdan görmə eynəklərinin çərçivəsinin daha böyük, yaxından görmə eynəklərinin isə daha ensiz olması da istifadəni asanlaşdırır. Keyfiyyətsiz eynək istifadəsi gözdə quruluğa, gözlərin sulanmasına, kataraktaya səbəb ola bilər, eynəyin şüşəsi çox tünd olduqda isə bəbəyin genəlməsinə, büllurun bulanmasına, görmə zəifliyinə səbəb ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır