Mina partlayışından ağır zədə alan pasiyentin üzündə mürəkkəb rekonstruktiv-plastik əməliyyat aparılıb
11.05.2026 14:53

ATU-nun Tədris Cərrahiyyə Klinikasında mina partlayışı nəticəsində ağır xəsarətlər almış pasiyentin üz nahiyəsində mürəkkəb rekonstruktiv-plastik əməliyyat uğurla həyata keçirilib.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, mina axtarışı üzrə mütəxəssis Elnur Paşayevin üzündə yaranmış ciddi toxuma defekti və çapıq deformasiyası aradan qaldırılıb.

 

Əməliyyat ağız, üz və çənə cərrahiyyəsi kafedrasının rezidenti Dilqəm Məhərrəmov tərəfindən icra olunub. Cərrahi müdaxilə nəticəsində pasiyentin sağ qaşının tüklü hissəsi tam bərpa edilib, qaşüstü nahiyədə yaranmış kobud çapıq deformasiyası aradan qaldırılıb. Bununla yanaşı, həm funksional qaş hərəkətləri bərpa olunub, həm də estetik görünüş əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

 

Qeyd edək ki, Elnur Paşayev yüksək riskli ərazilərdə mina aşkarlanması ilə məşğul olan mütəxəssisdir. Bir il əvvəl Qazaxın Qızılhacılı kəndi ərazisində mina axtarışı zamanı baş vermiş partlayışdan sonra ona ilkin tibbi yardım Qazax Rayon Mərkəzi Xəstəxanasında göstərilib. Yaraların sağalmasından sonra isə üzündə qalan qüsurlar pasiyent üçün həm funksional, həm də estetik baxımdan ciddi problemlər yaradıb.

 

Pasiyent müxtəlif tibb müəssisələrinə müraciət etsə də, mürəkkəb əməliyyatı icra etməyə razılıq verən mütəxəssis tapılmayıb. Daha sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin göndərişi ilə o, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının üz-çənə cərrahiyyəsi şöbəsinə yönləndirilib.
Klinikada pasiyentin vəziyyəti multidissiplinar konsilium tərəfindən qiymətləndirilib və yerli toxumalar hesabına rekonstruktiv plastika əməliyyatının aparılması məqsədəuyğun hesab edilib. Əməliyyat uğurla tamamlanıb.

 

Tədris Cərrahiyyə Klinikasının mütəxəssisləri bildirirlər ki, mina partlayışları nəticəsində üz nahiyəsində yaranan travmalar həm funksional, həm də estetik baxımdan olduqca mürəkkəb patologiyalar hesab olunur. Bu cür xəsarətlər geniş yumşaq toxuma və sümük defektləri ilə müşayiət olunduğundan kompleks rekonstruktiv-plastik yanaşma tələb edir. Belə yanaşma ağır üz-çənə travmalarının müalicəsində effektiv və uzunmüddətli nəticələrin əldə edilməsinə imkan yaradır.

Qeyd olunur ki, bu mürəkkəb əməliyyatın uğurla icrası professor Çingiz Rəhimovun rəhbərlik etdiyi kafedranın yüksək elmi-praktik potensialını nümayiş etdirir. Əldə olunan nəticə II Qarabağ müharibəsi dövründə qazanılmış zəngin klinik təcrübənin, müasir akademik yanaşmanın və peşəkar cərrahi bacarıqların uğurlu sintezi kimi qiymətləndirilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır