ATU-da stomatologiya sahəsində müasir tələblərə uyğun Tədris Mərkəzi açılıb
06.05.2026 09:42

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasının nəzdində fəaliyyət göstərən və müasir tələblərə cavab verən Tədris Mərkəzi açılıb.

 

ATU-nun mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, universitetin rektoru, professor Gəray Gəraybəyli stomatologiya sahəsində təhsil alan tələbələrin praktiki vərdişlərini, bilik və bacarıqlarını artırmaq məqsədilə yenilənən Tədris Mərkəzində yaradılan müasir infrastruktur, gücləndirilmiş maddi-texniki baza və tədris imkanları ilə yaxından tanış olub. Mərkəzin fəaliyyəti haqda ətraflı məlumat verilib. Vurğulanıb ki, əsaslı şəkildə yenilənən mərkəz ən son texnologiyalara uyğun avadanlıq, müasir stomatoloji qurğular, zəruri tibbi ləvazimat və mulyajlarla tam təmin edilib.

 

Ətraflı baxış keçirildikdən sonra müvafiq tövsiyələrini də verən rektor ümumilikdə yaradılmış şəraiti müsbət dəyərləndirib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır