Naxçıvanda ilk dəfə “Naxçıvan Sağlamlıq Günləri” və “1-ci Naxçıvan Kardioloji Forumu” tədbirləri keçirilib
06.05.2026 09:35

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində ilk dəfə “Naxçıvan Sağlamlıq Günləri” və “1-ci Naxçıvan Kardioloji Forumu” tədbirləri keçirilib.

 

Elmi-Tədqiqat Kardiologiya İnstitutundan Aztibb.az-a verilən məlumata görə, tədbirin əsas məqsədi region əhalisinin sağlamlığının qorunması, tibbi xidmətlərin əlçatanlığının artırılması, profilaktik müayinələrin genişləndirilməsi, eləcə də səhiyyə sahəsində müasir elmi nailiyyətlərin tətbiqinin təşviq edilməsindən ibarət olub.

 

Layihə çərçivəsində mayın 4-də vətəndaşlar üçün genişmiqyaslı profilaktik tibbi müayinələr aparılıb, eyni zamanda, tibb işçilərinin peşə bilik və bacarıqlarının artırılması məqsədilə təlim kursları təşkil olunub.

 

Mayın 5-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında “1-ci Naxçıvan Kardioloji Forumu” öz işinə başlayıb. Forumda Naxçıvan Muxtar Respublikasının səhiyyə rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, ölkənin aparıcı kardioloqları və beynəlxalq ekspertlər iştirak ediblər. Tədbir çərçivəsində ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicə yanaşmaları müzakirə olunub, elmi təqdimatlar edilib.

 

Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Rəşadət Nabatov iştirakçıları salamlayaraq forumun işinə uğurlar arzulayıb. Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova isə qeyd edib ki, bu təşəbbüs ilk dəfə olaraq Naxçıvanda genişmiqyaslı şəkildə həyata keçirilir və məqsəd əhaliyə daha yaxın xidmət göstərmək, tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaq, eləcə də ən son elmi yenilikləri tibb ictimaiyyəti ilə bölüşməkdir. Tədbir Səhiyyə Nazirliyi tərəfindən 15 DTT ilə akkreditasiya olunub.

 

Tədbirin gələcək illərdə də davam etdirilməsi və regionda səhiyyənin inkişafına töhfə verməsi nəzərdə tutulur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır