Könüllü gömrükçülər Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində fəaliyyətə başlayıblar
03.05.2026 10:36

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılan 17-ci “Könüllü gömrükçü” dəstəsinin 20 üzvü üç ay müddətinə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının müvafiq şöbələrində fəaliyyətə başlayıb.

 

Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində və Hospitalda çalışacaq könüllü gömrükçü dəstəsinin üzvləri ilə görüş keçirilib.

 

Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım və Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova və könüllü gömrükçülər iştirak ediblər.

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım çıxışında qeyd edib ki, könüllülük fəaliyyəti gənclərin peşəkar inkişafında mühüm rol oynamaqla yanaşı, onların sosial məsuliyyət hissinin formalaşmasına da ciddi töhfə verir. Rəis müavini Şahlar Mirqasım vurğulayıb ki, xüsusilə səhiyyə sahəsində həyata keçirilən könüllülük fəaliyyəti iştirakçılara real iş mühitində təcrübə qazanmaq, tibbi xidmətlərin təşkili ilə yaxından tanış olmaq və komandada işləmək bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Rəis müavini Şahlar Mirqasım könüllülərə fəaliyyət dövründə məsuliyyətli, təşəbbüskar və öyrənməyə açıq olmalarını tövsiyə edərək, onların gələcək karyeralarında bu təcrübənin mühüm rol oynayacağına əminliyini ifadə edib.

 

Daha sonra Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova çıxış edərək könüllü gömrükçüləri salamlayıb, onların səhiyyə sistemində fəaliyyət göstərməsinin həm peşəkar biliklərinin, həm də insanlarla ünsiyyət bacarıqlarının inkişafı baxımından əhəmiyyətini qeyd edib.

 

Görüş interaktiv müzakirələr şəraitində davam edib, könüllüləri maraqlandıran suallar cavablandırılıb və onlara fəaliyyət müddəti ilə bağlı ətraflı məlumat verilib. Tədbirin sonunda könüllü gömrükçülərə uğurlar arzulanıb və onların bu məsuliyyətli missiyanı layiqincə yerinə yetirəcəklərinə inam ifadə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır