Təhsil işçiləri üçün sağlam həyat tərzi və sağlam qidalanmaya dair təlimlər təşkil olunub
05.05.2026 10:30

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri 222 və 279 nömrəli tam orta məktəblərdə pedaqoji heyət üçün sağlam həyat tərzi və sağlam qidalanma üzrə maarifləndirici təlimlər keçirilib.

 

Aztibb.az-a Mərkəzdən verilən xəbərə görə, təlimlərin məqsədi qeyri-infeksion xəstəliklərin əsas risk amilləri, zərərli vərdişlərin mənfi təsirləri və sağlam qidalanma barədə məlumatlılığın artırılması olub. 

 

İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva geniş təqdimatla çıxış edərək, qeyri-sağlam qidalanmanın fiziki fəaliyyət və təhsil göstəricilərinə mənfi təsirləri, gənc nəsildə sağlam davranış modellərinin erkən yaş dövründən formalaşdırılmasının əhəmiyyəti barədə ətraflı məlumat verib. Uşaqların düzgün istiqamətləndirilməsində təhsil işçilərinin müstəsna roluna dair sübutlu mənbələrə əsaslanan tövsiyələri diqqətə çatdırıb.

O, İSİM tərəfindən müəllimlər, şagirdlər və valideynlər üçün hazırlanaraq istifadəyə verilən “Sağlam uşaq” portalı və mobil tətbiqi barədə iştirakçıları məlumatlandıraraq, portalda sağlamlığın qorunması, sağlam həyat tərzi, sağlam qidalanmaya dair müxtəlif çeşiddə məlumatların yer aldığını bildirib. Eyni zamanda, İSİM tərəfindən uşaqlar, müəllimlər və valideynlər üçün hazırlanaraq nəşr edilən “Məktəblinin sağlamlığı” kitabları, eləcə də digər vəsaitlər təhsil işçilərinə təqdim olunub
Diskusiya formatında keçirilən seminarlarda müəllimlərin sualları cavablandırılıb, təhsil mühitində sağlam həyat tərzinin təşviqi və şagirdlərə sağlam davranış modellərinin aşılanması istiqamətində innovativ metodikaların tətbiqi, məlumatlardan sübutlu mənbələrə istinadən istifadənin zəruriliyi vurğulanıb.
Sonda təhsil müəssisələrinə İSİM tərəfindən hazırlanaraq nəşr edilən geniş çeşiddə maarifləndirmə materialları təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır