Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində olan 1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
02.05.2026 09:15

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində olan 1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

Açılış mərasimində TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nilufər Məmmədova, Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin HIV/AIDS, Vərəm və Malyariya ilə mübarizə proqramının Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov, Ağciyər Xəstəlikləri Mərkəzinin Profilaktika və diaqnostika xidmətinin təşkili şöbəsinin müdiri Anar Adilov, Laboratoriya şöbəsinin müdiri Şəfəq Qulami və Ağciyər Xəstəlikləri Mərkəzinin regional xəstəxanalarının baş həkimləri iştirak edib.

 

TƏBİB tərəfindən əhalinin laborator xidmətlərə əlçatanlığının artırılması, sahə üzrə müayinə nəticələrinin daha qısa müddətdə əldə olunması, vərəm xəstəliyinin erkən aşkarlanması, effektiv müalicə imkanlarının genişlənməsi məqsədilə vərəmin diaqnostikası üzrə ixtisaslaşmış üçüncü biotəhlükəsizlik səviyyəsinə (BSL-III) uyğun 1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Mikobakterioloji Laboratoriyası yeni binaya köçürülərək istifadəyə verilib.

 

Ümumi sahəsi 608 kvadrat metr olan, beynəlxalq standartlara uyğun təşkil edilən laboratoriyada sürətli molekulyar-genetik diaqnostik testlər, eləcə də I və II sıra vərəməleyhinə dərmanlara həssaslıq testləri icra olunacaq.

 

İnfeksiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə laboratoriyada yüksək və aşağı riskli sahələr, eyni zamanda sahələrarası keçid zonası yaradılıb.

 

Riskli zonada nümunələrin qəbulu otağı, proseslərin aparılması üçün iş otaqları, eləcə də digər molekulyar-genetik müayinələrin aparılması üçün xüsusi otaqlar ayrılıb və işçi sahələr biotəhlükəsizlik şkafları, “GeneXpert”, “Truenat” və digər müasir cihaz, avadanlıqlarla təchiz olunub.

 

Təmiz zonada personal üçün iş otaqları və istirahət zonaları yaradılıb.

 

Bionümunələrin, izolyatların biotəhlükəsizlik qaydalarına uyğun saxlanılması, məlumatların və test nəticələrinin arxivləşdirilməsi üçün müvafiq şərait yaradılıb.

 

Laboratoriyada müasir və yüksək effektivliyə malik, o cümlədən yüksək riskli zonada mənfi təzyiqi təmin edən havalandırma sistemi qurulub.

 

Həmçinin ölkədə ilk dəfə olaraq səyyar tibbi xidmət göstərmək üçün laboratoriyanın sərəncamında olan xüsusi avtomobildə quraşdırılmış, vərəmin sürətli molekulyar diaqnostikasında istifadə edilən və ən son diaqnostik avadanlıqlardan olan “Truenat” sistemi, o cümlədən “Pluslife Minidock” cihazı, “Rida screen” testləri istifadə olunacaq. Avtomobildə, həmçinin süni intellekt dəstəkli rəqəmsal səyyar rentgen avadanlığı da quraşdırılıb.

 

Laboratoriyada yüksək ixtisaslı həkim-laborantlar, mikrobioloqlar və təcrübəli orta tibb personalı fəaliyyət göstərir.

 

Məlumat üçün bildirək ki, sözügedən laboratoriya vərəm xəstəliyinin erkən aşkarlanmasında, effektiv müalicə imkanlarının genişlənməsində və ölkəmizdə vərəmlə mübarizə tədbirlərinin daha da gücləndirilməsində əhəmiyyətli rol oynayacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır