Xaçmazda “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib  
05.05.2026 14:48
Xaçmaz rayonunda Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti könüllü qanvermə aksiyası təşkil olunub.
 
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a bildirilib ki, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə, müəssisə və təşkilatların kollektivləri, həmçinin ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
 
Aksiya zamanı əvvəlcə həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq göstəriciləri yoxlanılıb, tibbi uyğunluğu təsdiqləndikdən sonra qanvermə prosesi həyata keçirilib. Toplanan qan nümunələri Respublika Qan Bankı tərəfindən laboratoriya yoxlamalarından keçiriləcək və talassemiya, hemofiliya, leykoz, həmçinin digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşların müalicə prosesində istifadə olunacaq.
 
Bu humanitar təşəbbüsün əsas məqsədi ölkəmizin qan ehtiyatlarını gücləndirmək, irsi qan xəstəlikləri ilə mübarizəyə töhfə vermək və sağlam gələcək nəsillərin yetişdirilməsinə dəstək olmaqdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır