Ürəyin ritm pozulmaları və bradikardiya mövzusunda vebinar keçirilib  
05.05.2026 10:37
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Simulyasiya şöbəsinin təşkilatçılığı ilə onlayn təlim (vebinar) keçirilib. Təlimin əsas mövzusu “Ürəyin ritm pozulmaları üzrə alqoritm və böyüklərdə bradikardiya alqoritmi” olub.
 
Bu məlumat Aztibb.az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilib.
 
Vebinar Suraxanı rayon Təcili Tibbi Yardım bölməsinin həkimi Ruslan Bağıyev tərəfindən keçirilib. Təlimdə həkimlər, tibb bacıları və feldşerlərdən ibarət ümumilikdə 87 nəfər iştirak edib.
 
Bildirilib ki, təlim çərçivəsində iştirakçılara ürək ritm pozğunluqlarının diaqnostikası, təcili müdaxilə prinsipləri, eləcə də bradikardiya hallarında tətbiq olunan müasir yanaşmalar barədə ətraflı məlumat verilib.
 
Tədbir interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam etdirilib.
 
Belə təlimlərin təşkili təcili tibbi yardım xidmətlərinin peşəkarlıq səviyyəsinin artırılmasına, eləcə də əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Oromandibulyar distoniya nədir?
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə