2 nömrəli Bakı Baza Tibb Kollecində tədbir: “Uşaqların doğulanadək cins seçiminə yox deyək!” 
04.05.2026 09:55

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə 2 nömrəli Bakı Baza Tibb Kollecində “Uşaqların doğulanadək cins seçiminə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

İsiM-dən Aztibb.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva selektiv abortların ölkənin demoqrafik dayanıqlılığı üçün doğurduğu risklər, bu istiqamətdə həyata keçirilən dövlət siyasəti və mövcud beynəlxalq təcrübə barədə gəncləri məlumatlandırıb.

İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova ailə planlaşdırılmasının düzgün qurulması, ana və uşaq sağlamlığının qorunması, eləcə də hamiləliyin süni şəkildə sonlandırılmasının qadın sağlamlığı üçün yaratdığı risklər barədə danışıb. O həmçinin, gələcəyin tibb mütəxəssisləri olan tələbələrin bu sahədə dərin biliklərə sahib olmasının, gələcəkdə əhali arasında maarifləndirmə və effektiv təbliğat strategiyalarının qurulmasında həlledici rol oynayacağını xüsusi vurğulayıb.


Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır